Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BİABIRÇILIQ: QMİ Xocalını və Zəngilanı niyə unutdu? – FOTO

BİABIRÇILIQ: QMİ Xocalını və Zəngilanı niyə unutdu? – FOTO

Date: 18 November 2016 12:13

Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən hazırlanan təqvimdə işğal olunmuş rayonlarımız barədə ciddi səhvlər aşkarlanıb.

Bu barədə vətəndaşlar məlumat veriblər. Bildiriblər ki, qurumun tərtib etdiyi təqvimdə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin adları yer alsa da, 2 rayonun- XocalıZəngilanın adı çəkilməyib.

Xalımızın bütün dünyaya Xocalı soyqırımını, başımıza gətirilən müsibətləri çatdırmaq istədiyi bir vaxtda dövlət qurumunun bu cür səhvə verməsi yol təbii ki, heç də ürəkaçan deyil, hətta ürək sızladan məqamdır.

Başqalarının kölgəsində daldalanmağı, özgəyə xidmət etməyi, yüz illərlə özləri üçün milli dəyər hesab edən, ancaq fürsət düşən kimi çörəyini yediyi millətin qanını içən ermənilər öz yalanlarını təbliğ etdiyi, qondarma erməni soyqırımını bütün dünyaya bar-bar bağırdığı bir zamanda QMİ kimi dövlət qurumunun bu cür səhvə yol verməsi nə dərəcədə düzgündür?

Məsələyə münasibət bildirməsi üçün təqvimin məsləhətçisi Hacı Salman Musayevlə əlaqə saxladıq. Sualımızı belə eşitmək istəməyən Hacı Salman əsəbi çəkildə bunları dedi: “Bu barədə bir kəlmə də danışmayacam”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı sözügedən məsələ ilə bağlı redaksiyamıza öz fikirlərini bildirdi.

“Burada hansısa bir qərəz olduğunu düşünmürəm. Bunu ancaq cədvəli tərtib edənlərin diqqətsizliyi və savadsızlığı hesab etmək olar. Cədvəlin hazırlanmasını təsadüfü bir adama veriblər. Onun da, nə tarixdən, nə də coğrafiyadan xəbəri var”.

Qafqaz Müsəlmanlar İdarsindən isə söylədilər ki, məsələ ilə bağlı gün ərzində radaksiyamıza məlumat veriləcək. (a24.az)





Tags:  BİABIRÇILIQ QMİ Xocalını Zəngilanı niyə unutdu FOTO

RƏYLƏR


Top news