DİN: "Cəmiyyətimizdə uşaqlar tərəfindən və uşaqlara qarşı hüquq pozuntuları olur"

DİN: "Cəmiyyətimizdə uşaqlar tərəfindən və uşaqlara qarşı hüquq pozuntuları olur"
12:17 18 Noyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Əsas vəzifəmiz odur ki, uşaqlara qarşı və uşaqlar tərəfindən hər hansı hüquq pozuntusu qeydə alınmasın. Amma təəsüflər olsun ki, Azərbaycan cəmiyyətində də uşaqlar tərəfindən və uşaqlara qarşı belə hallar qeydə alınır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bu gün "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda keçirilən tədbirdə deyib.

A.Adıgözəlov deyib ki, uşaqları pis vərdişlərə yönəltmək çox asan olduğundan maarifləndirmə işinin aparılması vacibdir. Buna görə də DİN daim təhsil müəssisələrində və s. yerlərdə maarifləndirmə tədbirləri həyata keçirir.

A.Adıgözəlov bildirib ki, uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumları məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları ilə həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR