İŞİD 300 polisi qətlə yetirdi - FOTO

İŞİD 300 polisi qətlə yetirdi - FOTO
12:22 18 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD yaraqlıları son 3 həftə ərzində 300-dən artıq sabiq İraq polisini qətlə yetirərək, kütləvi məzarda cəsədlərini yandırıblar. Human Rights Watch-un bildirdiyinə görə, məzar Mosul yaxınlığındakı Həmmam əl Əlildə aşkar edilib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, kütləvi məzarı ziyarət edən Reuters-in müxbiri sakinlərin ifrat sərt xətt tərəfdarlarının qurbanları ya güllələdiklərini, ya da boyunlarını vurduqlarını söylədiklərini deyib.

Sakinlər İŞİD-in şəhərdən çıxarılmasından əvvəl 200-dən çox sakini qətlə yetirdiyini bildirib.

Human Rights Watch yaxınlıqdakı kəndlərdən ələ keçirilən sabiq polis işçilərinin 2 mindən artıq adam arasından seçildiyini bildirib.

Şahidlərdən biri 100-125 nəfər kişinin 4 yük maşını ilə yaxınlıqdakı bölgəyə aparıldığının şahidi olduğunu, az sonra isə güllə səsləri eşitdiyini deyib.

Bundan sonrakı gecə də həmin səslər eşidilib. Human Rights Watch okryabrın 29-da 130-la 145 arasında kişinin öldürüldüyünü deyib.

Həmmam Əl-Əlildən daha bir şahid avtomat silahların səsini 3 gecə hərəsi 7 dəqiqə olmaqla eşitdiyini deyib.

Human Rights Watch-un Yaxın Şərq üzrə direktor müavini Co Stork İŞİD-in bəşəriyyətə qarşı cinayət faktlarına görə məsul tutulmasının vacibliyini dilə gətirib.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR