Deputat: "Azərbaycana 15-20 bankın olması kifayətdir"

Deputat: "Azərbaycana 15-20 bankın olması kifayətdir"
12:22 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ "Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır". “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında deputat Vahid Əhmədov deyib.
V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: “Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir”.
Deputat gələn il kommunal xidmətlərə görə tariflərin qaldırımasının planlaşdırılmadığını deyib: “Hansısa kommunal xidmətlərin qiymətinin qaldırılmasını büdcədə müəyyən etməmişik. Amma bütün bunlar neftin qiymətindən və gedən iqtisadi prosdeslərdən asılı olacaq. Həmçinin, sosial müavinətlərin artırılması da bütün bu proseslərə bağlıdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/deputat-azerbaycana-15-20-bankin-olmasi-kifayetdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR