"60 uşaqdan heç bir xəbərimiz yoxdur"

"60 uşaqdan heç bir xəbərimiz yoxdur"
12:22 18 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda qaçqın  və məcburi köçkün uşaqların sayı 330 min 80 nəfərdir.

Milli.Az APA-ya istinadən bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, onlar normal şəraitdən, uşaq mühitindən kənarda böyüyən uşaqlardır. Onun sözlərinə görə, belə uşaqların  lazımi təhsil alması, cəmiyyətdə uğurlu mövqe tutması üçün mühüm işlər görülsə də onlar uşaq vaxtlarındsn  güclü stressdən keçib.

H.Hüseynova qeyd edib ki, Azərbaycanda müharibə dövründə  əsir, itkin düşmüş və girov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır.  Onlardan 20-nin qız, 40-nın isə oğlan olduğunu bildirən komitə sədri vurğulayıb ki,  həmin uşaqlar haqqında uzun illərdir heç bir məlumat ala bilmirik: "Uşaqlar kompyuterdən istifadə edib həqiqətləri dünya tarixində çatdırmalıdırlar. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dövlət səviyyəsində görülən işlərdən əlavə, sizin də gücünüzdən istifadə etmək istəyirik".
 
H.Hüseynova əlavə edib ki, bu gün komitəni narahat edən məsələlərdən biri də valideyn-uşaqlar arasında olan münasibətlərdir: "Bu münasibətlər bəzən düzgün qurulmur və onlar bir-birilərini başa düşmürlər. Son illər valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə də dəyişiklər olmalıdır. Əgər bu gün ata qızını ailə qurmağa məcbur edirsə, artıq o, cinayət məsuliyyəti daşıyır.  Bununla yanaşı, o həm də  qanunvericiliyi pozur. Bəzən valideynlər belə fikirlərləşirlər ki, uşaq özümündür və kimə, hansı ailəyə istəsəm, verə bilərəm. Bu fikirlər tamamilə yanlışdır. Hər bir övlad gələcəyimizdir və onlar cəmiyyətin bir üzvüdür.  Bu gün bəzi övladların valideynləri tərəfindən məcburi, erkən yaşda ailə qurmağa sövq edilməsi gələcəkdə xəstə uşaqların doğulması, sonradan ailələrin dağılması və digər mənfi hallarla nəticələnir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR