Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göygölə gəl, Göygölə... - Azərbaycanın dilbər guşəsindən REPORTAJ

Göygölə gəl, Göygölə... - Azərbaycanın dilbər guşəsindən REPORTAJ

Date: 18 November 2016 12:24

Vətənimizin dilbər guşələrindən olan füsunkar Göygöl unikal təbiəti ilə seçilən turizm məkanıdır.
 
APA TV-nin qərb bürosunun xəbərinə görə, yenidən qurulduqdan sonra, ötən ilin yayından etibarən geniş ictimaiyyətə ziyarətə açılan Göygöl Milli Parkı ilin hər fəslində özünəməxsus gözəllikləri ilə insanları cəlb edir. Park payız fəslində daha maraqlı olur.
 
Əlbəttə, yay aylarında aran istisindən qaçaraq, sərin havalı Göygölə daha çox insan üz tutur. Onların sayı bəzən gündə min nəfəri keçir. Soyuqlar düşdükdən sonra bu göstərici kəskin aşağı düşsə də, “Göygöl sevdalıları” öz sevimli məkanlarına bu çağda da sədaqətlidirlər.
 
Qeyd edək ki, qışın astanasında da burada təbiətin qoynunda dincəlmək üçün hər cür şərait var. İctimai iaşə obyektləri, mehmanxanalar qış turizmi həvəskarlarının ixtiyarındadır, eyni zamanda Göygölün kiçik qardaşları sayılan digər göllərə də gəzinti marşrutları açmaq nəzərdə tutulur.
 
Onu da əlavə edək ki, burada mehmanxana otağının sutkalıq qiyməti orta hesabla 80 manatdır. Göygöl Milli Parkına giriş isə adambaşına 2 manat təşkil edir.

Tags:  Göygölə Göygölə Azərbaycanın dilbər guşəsindən REPORTAJ


RƏYLƏR


Top news