Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Unibank" xaricə pul köçürülməsi ilə bağlı kampaniya keçirir

"Unibank" xaricə pul köçürülməsi ilə bağlı kampaniya keçirir

Date: 18 November 2016 12:27

Bakı. 18 noyabr. REPORT.AZ/ "Unibank" ASC "Bakcell" MMC ilə birlikdə xaricə pul köçürülməsi ilə bağlı kampaniya keçirir. Bankdan "Report"a verilən məlumata görə, xarici ölkələrə təcili pulköçürmə sistemləri ilə hər 300 AZN / 200 USD / 200 EUR / 12 000 RUB və ondan çox köçürmə edən, qəbul edən müştərilərə 10 dəqiqəlik "Bakcell" danışıq kartı hədiyyə olunacaq.
Dünyanın ən məşhur və etibarlı pulköçürmə sistemlərinə qoşulan "Unibank" müştərilərinə 10 pulköçürmə sistemi vasitəsi ilə xidmət göstərir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona”, “Contact” , “Western Union” , "Faster",“Lider”, "Blizko", “PrivatMoney”, "Unitransfer", "Monex", UPT kimi nüfuzlu təcili pulköçürmə sistemləri üzrə də xidmət göstərərək, dollar, avro və rubl ilə əməliyyatlar həyata keçirir.
Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən "Unibank" pulköçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.


Tags:  Unibank xaricə pul köçürülməsi bağlı kampaniya keçirir

RƏYLƏR


Top news