Aydın Əliyev qəbul keçirdi - FOTO

Aydın Əliyev qəbul keçirdi - FOTO
12:33 18 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Saatlıda vətəndaşları qəbul edib.

Publika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Şirvan, Sabirabad, İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/176427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR