"Qızını məcburən ərə verən atanın əməli cinayət sayılmalıdır"

"Qızını məcburən ərə verən atanın əməli cinayət sayılmalıdır"
12:42 18 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün qanunvericiliyə dəyişikliklər edilib, amma bu məsələ ilə bağlı qanunvericiliyə yenə də dəyişikliklər edilməlidir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda keçirilən tədbirdə deyib.

Erkən nikahlarla bağlı məsələyə toxunan komitə sədrinin sözlərinə görə, qızını məcburən ərə verən atanın bu addımı artıq cinayət sayılmalıdır:

"Bir ata qızını ərə verməyə məcbur edirsə, o, artıq cinayətə yol verir. O, bir tərəfdən qanunvericiliyi, digər tərəfdən qızının hüquqlarını pozur. Bəzi valideynlər elə fikirləşirlər ki, uşaq onlarındırsa, kimə istəsələr, ərə verə bilərlər. Bu, tamamilə yanlış düşüncədir. Böyüklərin əsas məqsədi o olmalıdır ki, uşaqlarını sağlam mühitdə böyütsünlər. Onlar sağlam düşüncəli insan kimi formalaşdıqda ailə qurmalıdırlar".

H.Hüseynova ölkədə bəzi problemli ailələrin olduğunu da deyib. Onun sözlərinə görə, valideyn-uşaqlar arasında olan münasibətlər bir çox hallarda düzgün qurulmur, onlar bir-birlərini başa düşmürlər. Nəticədə isə elə vəziyyət yaranır ki, uşaq sanki qapalı bir mühitdə yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR