"Nardaran işi": Vəkil Cahangir Hacıyevin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib

"Nardaran işi": Vəkil Cahangir Hacıyevin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib
12:42 18 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran sakinindən nümunəvi hərəkət (06 İyun 2017 13:33)
Nardaran sakini tüfəngi polis bölməsinə təhvil verdi (06 İyun 2017 12:43)
Cahangir Hacıyevin şikayəti təmin edilmədi (01 İyun 2017 16:18)

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlər və vəkillərin gəlmədiyi elan olunub.
Təqsirləndirilən şəxs H.Abbasov bildirib ki, ötən iclasda hakim Ə.Abbasov onun suallarını kəsdiyi üçün bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə yazılı şikayət edib.
Digər təqsirləndirilən C.Cabbarov qeyd edib ki, şahidlərə işgəncə verilib, məhkəmədə iştirak edən şəxslərə təzyiqlər olunub və hadisə zamanı dünyasını dəyişən şəxslərin qəbri dağıdılıb.
Hakim hüquq-mühafizə orqanlarına müraciət etmələrini məsləhət görüb.
Daha sonra vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O, Kərim Əlimərdanovun əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib. Bundan başqa, vəkil "Müsəlman Birliyi Hərakatı"nın ofisində baxış keçirilən zaman orada iştirak edən hal şahidlərinin də məhkəməyə çağırılmasını tələb edib.
Y.İmanov bildirib ki, A.Hüseynovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev təcridxanada eyni kamerada saxlanılıb: "Həmin zaman orada A.Hüseyova verilən işgəncələrə sabiq sədr şahidlik edib. Buna görə də Cahangir Hacıyevin də əlavə şahid qismində məhkəmədə ifadə verməsini istəyirik".
Hakim bildirib ki, vəkilləri məhkəmədə iştirak etmədiyinə görə vəsatətlər baxılmamış saxlanılıb.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.
F.Qəhrəmanlıdan başqa, həmin şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 28,214.2.1-ci (terrorçuğa hazırlıq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28,214.2.3-cü (terrorçuğa hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
F.Qəhrəmanlı isə keçən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra onun barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

”Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

23 İyun 2017 13:19

Nazirlik Bakı və Abşerondan olmayan İŞÇİ AXTARIR

23 İyun 2017 13:18

Azərbaycanda pensiya alanlara

23 İyun 2017 13:17

Sabah paytaxtda buludlu, bölgələrdə yağmurlu hava olacaq

23 İyun 2017 13:15

Qənirə Paşayeva Əlibəylidə sakinlərlə görüşüb

23 İyun 2017 13:14

Rafet El Romanın özündən 24 yaş kiçik azərbaycanlı gözəllə GÖRÜNTÜSÜ YAYILDI - FOTO

23 İyun 2017 13:13

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib

23 İyun 2017 13:12

Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək

23 İyun 2017 13:12

Türkiyənin müdafiə naziri Qətərlə münasibətləri kəsən ərəb dövlətlərinə cavab verib

23 İyun 2017 13:12

Polis onu intihardan qurtardı: "Etmə belə!" - VİDEO - FOTO

23 İyun 2017 13:12

Monitorinq insidentsiz başa çatdı

23 İyun 2017 13:11

"Credit Suisse": FED 2018-ci ildə üç dəfə faiz artıracaq

23 İyun 2017 13:07

Bu məşhurlarımız ağır xəstəliyə tutulub

23 İyun 2017 13:06

Uzun müddət intim münasibətdə olmayan qadın ehtirasına qurban getdi - FOTO

23 İyun 2017 13:05

İllər onu heç dəyişməyib - FOTO

23 İyun 2017 13:05

Diqqət: yeni evlənənlər, bu təhlükədən xilas olun

23 İyun 2017 13:03

Nazirlikdən bayram TAPŞIRIĞI

23 İyun 2017 13:03

31 yaşlı gəncin köməyinizə ehtiyacı var

23 İyun 2017 12:59

ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

23 İyun 2017 12:57

"15 manata götürməliydim, eşitdim tutublar" - Narkotik satan müəllim saxlanıldı - VİDEO - FOTO

23 İyun 2017 12:57

Hava limanında şübhəli şəxs saxlanıldı

23 İyun 2017 12:56

XİN: Azərbaycan və Kosta Rika arasında əməkdaşlıq üçün geniş imkanlar var

23 İyun 2017 12:55

Bakıda sex yanıb

23 İyun 2017 12:54

Bakıda 29, rayonlarda 32 dərəcə isti olacaq

23 İyun 2017 12:53

Azərbaycanda oyunbazların sayı kəskin artdı...

23 İyun 2017 12:52

Dənizçilər peşə bayramını qeyd edirlər

23 İyun 2017 12:50

Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu

23 İyun 2017 12:50

Nəqliyyat və telekommunikasiya xidmətləri

23 İyun 2017 12:50

Nigar Camal Bakı Yol Polisi ilə birgə layihələr həyata keçirəcək

23 İyun 2017 12:48

Mədət Quliyev Formula-2 yarışlarını izlədi - FOTO

23 İyun 2017 12:47

İllərdir axtarışda olan terrorçu belə yaxalandı - VİDEO

23 İyun 2017 12:47

Tarkan Bakıdadır – FOTO

23 İyun 2017 12:47

Salyanda bədbəxt hadisə

23 İyun 2017 12:44

“Başqa şans qalmayıb, yalnız…” – Gürcüstanda radikal ssenari İŞƏ DÜŞDÜ

23 İyun 2017 12:43

Qızın dili dondurmaya yapışdı - VİDEO

23 İyun 2017 12:43

Sumqayıtda qadın körpə qızı ilə birlikdə itkin düşüb

23 İyun 2017 12:42

Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var

23 İyun 2017 12:42

"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli - FOTO

23 İyun 2017 12:42

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

23 İyun 2017 12:42

Sərxandan Səbuhiyə: "Səni kişi bilirdim..."

23 İyun 2017 12:42

Bakıda sevgilisinin öpdüyü qız qorxulu xəstəliyə tutuldu

23 İyun 2017 12:41

Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar?

23 İyun 2017 12:37

Domino daşlarından maraqlı şou

23 İyun 2017 12:36

Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

23 İyun 2017 12:35

7 yaşlı Leylanı ayağa qaldıraq! - YARDIM - FOTOLAR

23 İyun 2017 12:34

"Müğənnilər qapıda yatırlar ki, heç olmasa bir dəfə bizi çək" - Reper Qurd - VİDEO - FOTO

23 İyun 2017 12:32

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin investisiyaları 300 mln. dollara çatacaq

23 İyun 2017 12:32

Məşhur aktyor Trampı öldürməklə hədələdi

23 İyun 2017 12:32

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxsin işi ekspertizaya göndərilib

23 İyun 2017 12:32

"Yuventus" gənc yarımmüdafiəçini icarəyə götürmək istəyir

23 İyun 2017 12:32