Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qələbəmizin davamını gətirmək istəyirik" - Mahir Şükürov

"Qələbəmizin davamını gətirmək istəyirik" -   Mahir Şükürov

Date: 18 November 2016 12:47


Neftçi” PFK-nın müdafiəçisi Mahir Şükürov klubun rəsmi saytına açıqlama verib. Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu “Sumqayıt”la oyun ərəfəsində bunları bildirib:


“İnter”lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik. “Sumqayıt”a ilk dövrədə məğlub olmuşduq. Bu baxımdan bu qarşılaşmada azarkeşlərimizi sevindirmək isəyirik. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, onlar bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq”.


Xatırladaq ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 20-də “Kapital Bank Arena”da keçiriləcək və saat 14:00-da başlanacaq.


Fanat.Az


Tags:  Qələbəmizin davamını gətirmək istəyirik Mahir Şükürov

RƏYLƏR


Top news