Sərnişin kanat yolları ilə bağlı yeni qaydalar təsdiq edilib

Sərnişin kanat yolları ilə bağlı yeni qaydalar təsdiq edilib
12:52 18 Noyabr 2016
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi "Sərnişin kanat yollarının və funikulyorların texniki təhlükəsizlik Qaydaları"nı təsdiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu Qaydalar kanat yollarının və funikulyorların quraşdırılması, təmiri və istismarı zamanı texniki təhlükəsizliyin təmin olunmasına, o cümlədən bədbəxt hadisələrin, qəzaların və digər halların qarşısının alınmasına yönəldilib.

Bu Qaydaların tətbiq dairəsi aşağıdakı kanat yollarını əhatə edir:

- asma kanat yolları - nəqliyyat vasitəsi bir və ya bir neçə kanatla saxlanılan və hərəkətə gətirilən kanat yolları;
- rəqqaslı kanat yolları - nəqliyyat vasitəsi stansiyalar arasında yolunu dəyişmədən hərəkət edən kanat yolları;
- dairəvi hərəkətli kanat yolları - nəqliyyat vasitəsi yolun hər iki tərəfi üzrə qapalı trayektoriya üzrə hərəkət edən kanat yolları (nəqliyyat vasitəsi kimi iş zamanı kanatdan açılmayan və ya stansiyalarda açılan kabinələrdən və ya kreslolardan istifadə edilir);
- yedəkli kanat yolları - sərnişinlərin xizəkdə və ya başqa idman ləvazimatlarında qar və ya başqa səth üzrə daim dartıcı kanata bağlanmış və ya stansiyalarda açıla bilən yedək qurğusunun köməyi ilə nəql olunduğu kanat yolları;
- kombinasiya edilmiş kanat yolları - asma və yedəkli kanat yollarının xüsusiyyətlərini özündə birləşdirən kanat yolları;
- yerüstü kanat yolları (funikulyorlar) - nəqliyyat vasitəsi yönləndirici üzrə hərəkət edən, bir və ya bir neçə dartıcı kanatla hərəkətə gətirilən kanat yolları.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR