Yasa gedən ailənin evi yarıldı

Yasa gedən ailənin evi yarıldı
12:53 18 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən gecə saatlarında Goranboyda oğurluq hadisəsi baş verib.

Rayonun Xoylu kəndində Sənan Allahverdiyev ailə üzvləri ilə birgə qohumlarının yas mərasiminə gedib. Qayıtdıqda isə evə “çağırılmamış qonaqlar”ın girdiyini görüb.

Hələ ki, adı istintaqa məlum olmayan şəxs və ya şəxslər evdən 9 min manat pul və qızıl-zinət əşyaları götürüblər.

Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə məlumat verilib.

Hazırda oğurluq hadisəsini törədənlərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. (ARB)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR