"Whatsapp" artıq bunu edə bilməyəcək - QADAĞA

"Whatsapp" artıq bunu edə bilməyəcək - QADAĞA
12:57 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Whatsapp" vasitəsi ilə məlumat toplayan "Facebook" bunu Avropada edə bilməyəcək.

Milli.Az "Hürriyet"ə istinadla xəbər verir ki, "Facebook" Birləşmiş Krallığın qadağasına əsasən, "Whatsapp" vasitəsi ilə Avropa ölkələrində istifadəçilərinin məlumatını toplamağı dayandırıb.

Lakin feysbukun açıqlamasına görə, bu, müvəqqətidir. Bir müddət sonra yenə də Avropa ölkələrindəki istifadəçilərin də məlumatları toplanacaq.

Qeyd edək ki, "Whatsapp" 2014-cü ildə 19 milyard dollar qarşılığında "Facebook"a satılıb. Məlumatların feysbuka ötürülməsi əməliyyatı isə avqust ayından başlayıb.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/490621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR