Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Trampın ulduzunu oğurlayıb, satmaq istəyirdim"

"Trampın ulduzunu oğurlayıb, satmaq istəyirdim"

Date: 18 November 2016 13:05

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Məşhurlar Xiyabanındakı ulduzuna qarşı vandalizm aktı törədən şəxs tapılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Ceyms Otis adlı şəxs üç il müddətinə azadlıqdan məhrum oluna və ya 10 min dollar məbləğində cərimələnə bilər. 

Otisin sözlərinə görə, o, Trampın ulduzunu oğurlayıb, satmaq istəyib. Əldə olunan gəliri isə Tramp tərəfindən zorakılığa məruz qalan qadınlara yönləndirəcəkmiş. 

Qeyd edək ki, Trampın Hollivudun Məşhurlar Xiyabanındakı ulduzu oktyabrın 28-i vandalizmə məruz qalıb. Los-Anceles polisi ulduzun çəkic ilə dağıdıldığını bildirir.

Ticarət Palatası ulduzun 2500 dollar dəyəri olduğunu bildirib.

Milli.Az


Tags:  Trampın ulduzunu oğurlayıb satmaq istəyirdim

RƏYLƏR


Top news