Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çovdarovun dələduzluqda təqsirləndirilən qurbanına bəraət istənildi

Çovdarovun dələduzluqda təqsirləndirilən qurbanına bəraət istənildi

Date: 18 November 2016 13:09

Həbsdə olan general Akif Çovdarovun zərərçəkəni, hazırda dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən şəxsin vəkili Mərdəli Süleymanov müdafiə çıxışı edib. O, hüquqlarını müdafiə etdiyi Ilham Qasımov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İ.Qasımovun digər vəkili isə çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 25-də davam edəcək.

 

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, eləcə də şair Gülağa Tənhanın ( Qəmbərov) 19,5 milyon dollar pulunu mənimsəyib. İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.


Tags:  Çovdarovun dələduzluqda təqsirləndirilən qurbanına bəraət istənildi


RƏYLƏR


Top news