Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinin məhkəməsi davam etdirilib

Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinin məhkəməsi davam etdirilib

Akif Çovdarovun məhkəməsi admirala görə təxirə salındı (13 Mart 2017 12:32)
Çovdarovun qurbanı olan biznesmenin cəzası 3 il azaldıldı (10 Mart 2017 10:24)
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsin cəzası azaldılıb (10 Mart 2017 09:22)

Tarix: 18 Noyabr 2016 13:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK"-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda İlham Qasımovun vəkili çıxış edərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses noyabrın 25-də davam etdiriləcək.
 
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. 

İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır.

Milli.Az
 


Teqlər:  Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinin məhkəməsi davam etdirilib



RƏYLƏR


Top xəbərlər