Ələt-Astara magistralında hərəkət bərpa edildi - YENİLƏNİB

Ələt-Astara magistralında hərəkət bərpa edildi - YENİLƏNİB
13:14 18 Noyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

 

Lənkəranda Ələt-Astara magistralında nəqliyyatın hərəkəti bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının hadisə yerinə cəlb olunmuş əməkdaşları, yanğınsöndürənlər yanacaq daşıyan avtomobilin aşması nəticəsində yola dağılmış yanacağı təmizləyiblər.

 

Yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

 

 

Qeyd edək ki, bu gün saat 11.00 radələrində Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakini, 1979-cu il təvəllüdlü Ravil Baxışovun idarə etdiyi “Ford” markalı, 10 SH 159 dövlət nömrə nişanlı avtomobillə Cəlilabad rayon sakini, 1966-cı il təvəllüdlü Tərlan İslamovun idarə etdiyi ZİL markalı yanacaq daşıyan maşınla toqquşub.

 

Güclü zərbədən ZİL markalı maşın aşıb, yanacaq yola dağılıb.

 

Qəza nəticəsində “Ford”un xəsarət almış sürücüsü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. ZİL-in sürücüsü isə yüngül xəsarət alıb.

 

**

11:26

Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı minik avtomobili ilə ZİL markalı benzin daşıyan maşınla toqquşub.

 

Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb.

 

Hazırda Ələt-Astara magistralı bağlanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR