Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıdan Siyəzənə getmək istəyən şəxsi dayanacaqda bıçaqlayıblar

Bakıdan Siyəzənə getmək istəyən şəxsi dayanacaqda bıçaqlayıblar

Date: 18 November 2016 13:17

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıdan Siyəzən rayonuna getmək üçün taksi axtaran şəxs naməlum şəxslər tərəfindən bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda "Şamaxinka" kimi tanınan ərazidə baş verib.  
Belə ki, 27 yaşlı Fərid Tahir oğlu Yusifova iki nəfər naməlum şəxs yaxınlaşaraq ondan pul istəyiblər. Cibində rayona getmək üçün müəyyən məbləğdə pulu olduğunu deyən F.Yusifovla həmin şəxslər arasında mübahisə düşüb. Nəticədə onlar F.Yusifova iki bıçaq zərbəsi vuraraq ərazini tərk ediblər. 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Tags:  Bakıdan Siyəzənə getmək istəyən şəxsi dayanacaqda bıçaqlayıblar

RƏYLƏR


Top news