Avropanın günəşi qüruba əyilir – “Qoca Qitə”nin ÖLÜMÜ

Avropanın günəşi qüruba əyilir – “Qoca Qitə”nin ÖLÜMÜ
13:23 18 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

“Avropa dağılmaq ərəfəsindədir. İşsizliyi aradan qaldırmaq və inkişaf etmək üçün Fransa və Almaniya daha çox çalışmalıdır. Fransa öz iqtisadiyyatını inkişaf etdirməlidir. Avropa Birliyi və Almaniya da investisiyaları artırmalıdır”.

Publika.az
xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Valls deyib.

Avropanın miqrant böhranı və terror təhlükəsi ilə üz-üzə qaldığını deyən Valls Fransada radikal sağçıların hakimiyyətə gəlmək ehtimalına toxunub.

“Bütün sorğular Marine Le Penin (radikal sağçı Milli Cəbhə Partiyasının lideri) gələn il keçiriləcək prezident seçkilərində ikinci tura çıxa biləcəyini göstərir. Bu, Fransada siyasətin tamamilə yerindən oynaması deməkdir”, - deyə o bildirib.

Fransalı nazir qabaqlayıcı addımlar atılmadığı təqdirdə, Avropanın dağılacağını bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR