Şərtlər AÇIQLANDI: "Sosial mənzillər tam təmirli olacaq"

Şərtlər AÇIQLANDI: "Sosial mənzillər tam təmirli olacaq"
13:32 18 Noyabr 2016
708 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikiləcək binalarda mənzillər orta bazar qiymətindən aşağı olacaq. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş şəkildə vətəndaşlara təqdim olunacaq".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, agentliyin direktoru Samir Nuriyev AzTV-yə müsahibəsində deyib. O qeyd edib ki, müəyyən kateqoriya insanlar, aztəminatlı ailələr və gənc ailələr güzəştli mənzil sistemindən istifadə edərək mənzilləri əldə edəcəklər.

"Mayın 1-dək "Elektron hökumət" portalında "Güzəştli mənzil" sistemi yaradılacaq. Bununla da vətəndaşlar güzəştli mənzillərə müraciətə çıxış əldə edəcəklər. "Güzəştli mənzil" sisteminə tələb olunan sənədlərin siyahısı və şərtləri açıqlanacaq. Bununla MİDA MMC-nin sərəncamında olan mənzilləri güzəştli və ipoteka krediti ilə əldə edəcəklər. İpoteka krediti ilə əldə olunduqda agent bankın verəcəyi kredit mənzil qiymətinin 90 faizini əhatə etməlidir".

S.Nuriyev vurğulayıb ki, qaydalara əsasən, həmin mənzillər əvvəlcədən qeydiyyat sisteminə düşəcək və binalar tikilmə prosesində artıq dövlət qeydiyyatına malik olacaq. Bu isə mənzilləri mülkiyyət hüququ sənədi ilə vətəndaşlara vermək hüququ yaradacaq.
Agentlik rəhbərinin sözlərinə görə, 11,6 hektarlıq ərazidə binaların tikilməsi üçün işçi planın hazırlanması başa çatır. Həmin ərazidə 2 minə yaxın 1,2,3 otaqlı mənzillər tikiləcək. 

Qurum rəsmisi bildirib ki, "Güzəştli mənzil" sistemində qeydiyyat keçən vətəndaşlar mənzilləri elanlar vasitəsilə seçəcəklər. Güzəştli mənzilin 3 il müddətində icarəyə və ya kirayəyə verilməsi, həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR