Bu ilin ilk üç rübündə AÇG-də 24 mln. ton neft hasil olunub

Bu ilin ilk üç rübündə AÇG-də 24 mln. ton neft hasil olunub
13:32 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin ilk üç rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan ümumi gündəlik hasilat orta hesabla 644 min barel və ya ümumilikdə 176 mln. bareldən artıq, yəni 24 mln. ton təşkil edib.
"Report" xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru olan "BP-Azerbaijan" şirkətinin ilin ilk 9 ayı ilə bağlı hesabatında qeyd olunub: "Üç rüb ərzində AÇG-dən ümumi hasilat "Çıraq" (53 000 barel), "Mərkəzi Azəri" (149 000), "Qərbi Azəri" (116 000), "Şərqi Azəri" (74 000), "Dərinsulu Günəşli" (127 000) və "Qərbi Çıraq" (125 000) platformalarından birlikdə – gündəlik orta hesabla 644 min barel və ya ümumilikdə 176 mln. bareldən artıq, yəni 24 mln. ton təşkil edib".
Qeyd olunub ki, hesabat dövründə stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
İyun ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub.
Bu ilin ilk 9 ayında AÇG-də 13 neft hasilat quyusu, 4 suvurma quyusu və 1 qaz injektor quyusu qazılıb.
Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
Xatırladaq ki, AÇG layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-ilin-ilk-uc-rubunde-acg-de-24-mln-ton-neft-hasil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR