Manaf OD PÜSKÜRDÜ: “Necə kişi olduğumu Samirə qəşəng bilir, gəlsin…” - QALMAQAL

Manaf OD PÜSKÜRDÜ: “Necə kişi olduğumu Samirə qəşəng bilir, gəlsin…” - QALMAQAL
13:33 18 Noyabr 2016
5378 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Samirə Yusifqızının müğənni Manaf Ağayev haqqında söylədiyi fikirlər şou aləminin gündəminə bomba kimi düşüb.

Publika.az-a açıqlama verən Manaf Ağayev eşitdiklərindən şok olub:

“Nə? Nə deyib? Samirə mənim barəmdə həyatı boyu belə söz deyə bilməz. Deyibsə, ayıb olsun ona. Mən saçıma rəng qoyuram, bunu gizlətmirəm də. Efirdə də demişəm ki, saçım tam ağarmayıb, amma rəng qoyuram. Qaldı ki, botoks söhbətinə, o deyəsən çaşıb. Mənim necə kişi olduğumu Samirə qəşəng bilir. Elə belə də yaz. Gəlsin yoxlasın sifətimi, görsün özümündür, yoxsa, botoksdur? Mən özünü tanıyan kişilərdənəm e, o deyəsən qarışdırır”.

Qeyd edək ki, meyxanaçı Samirə Simsar-az saytına müsahibəsində belə deyib. Eyni zamanda, M.Ağayevin telefonunda olan keçmiş fotosunu göstərib:

“Bu sənət cavanlığı sevir. Baxın, 1997-ci il Manaf Ağayevin saçları ağappaqdır. Nəinki saçını rəngləyir, botoksu, mezosu da var. Şəkillərinə baxın da”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR