“06” piyadanı xəstəxanalıq etdi - FOTO/VİDEO

“06” piyadanı xəstəxanalıq etdi - FOTO/VİDEO
13:38 18 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib.

Publika.az ARB kanalına istinadən bildirir ki, 24 yaşlı Əliabad qəsəbə sakini, Tural Sadəddin oğlu Həsrətov idarə etdiyi “VAZ 2106” markalı 10 EJ 985 dövlət nömrə nişanlı avtomobillə rayonun Əliabad-Mosul yolunda hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada rayonun Əliabad qəsəbə sakini 54 yaşlı Musa Bulad oğlu Hacımuradovu vurub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarəti alan Musa Hacımuradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.







Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR