Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əhalinin analoq yayımın dayandırılmasından sonra ən çox üzləşdiyi problem açıqlanıb

Əhalinin analoq yayımın dayandırılmasından sonra ən çox üzləşdiyi problem açıqlanıb

Date: 18 November 2016 13:57

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından 18 gün ötməsinə baxmayaraq əhalidən müraciətlər gəlməkdə davam edir.
Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva "Report"a bildirib ki, bu günədək əhalidən 43,5 min zəng qəbul olunub: "Bu say hələ müraciətlərin hamısı deyil. Analoq yayımın dayandırılmasından sonra fəaliyyət göstərən "qaynar xətt"ə (14-11 nömrəli) 44 minə yaxın müraciət daxil olub. Amma bizim digər şöbələrə də müraciətlər olur". 
Onun sözlərinə görə, əhali, daha çox da yaşlı insanlar dekoderləri quraşdırmaqla bağlı problem yaşayırlar: "Bəzən bizim əməkdaşlar könüllü şəkildə yaşlı və ya xəstə insanların evinə gedir və yardım göstərirlər".
Z.Əfəndiyeva deyib ki, mövcud məsələ ilə bağlı bölgələrdən də zənglər gəlir.  


Tags:  Əhalinin analoq yayımın dayandırılmasından sonra çox üzləşdiyi problem açıqlanıb

RƏYLƏR


Top news