Nazir müavini Elmir Vəlizadə: "Mən də "paket" alırdım, ayda 30 min..."

Nazir müavini Elmir Vəlizadə: "Mən də "paket" alırdım, ayda 30 min..."
14:05 18 Noyabr 2016
222 Ölkə
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, orada qurulmuş sistemə əsasən, nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi "kassada", yaxud oğru dünyasında olduğu kimi "obşak"da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı. 

Məlum olur ki, nazir Əli Abbasovun aylıq "paketi" 200-300 min manat, nazir müavinlərinin "paketi" isə 30 min manat və daha çox olub.

İstintaq materiallarına əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Rzayevin və digərlərinin işi üzrə hazırda da nazir müavini kimi işləyən Elmir Vəlizadə də şahid qismində dindirilib.

Vəlizadə Elmir Tofiq oğlu ifadəsində 26.12.2007-ci il tarixdən hazıra kimi rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində işlədiyini bildirib. O, ayda 50 min manat "paket" aldığını etiraf edən digər nazir müavini İltimas Məmmədovla eyni məzmunlu ifadə verərək keçmiş nazir Əli Abbasov tərəfindən ona aylıq olaraq əvvəllər 3 min manat, sonradan 15 min manat, son dövrlərdə isə 30 min manat "paket" şəklində pulların verildiyini təsdiqləyib.

Elmir Vəlizadənin sözlərinə görə, o, həmin vəsaiti almaqdan imtina etmək istəsə də, nazir Əli Abbasov deyib ki, puldan imtina etmək olmaz. Çünki bu "ümumi qaydadır" və yığılan pullar nazirliyin rəhbər işçiləri arasında paylanır. Nəticədə E.Vəlizadə bu qayda ilə aylıq olaraq hər ay qeyd olunan məbləğdə "paket" aldığını təsdiq edib.

İstintaq ləğv edilmiş MTN-in Transmilli Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general Sübahir Qurbanovun da ifadəsini alıb. O,  Vidadi Zeynalovun ona hər ay mütəmadi olaraq pul göndərmədiyini, lakin sonuncudan bir neçə dəfə ad günü və toy şənlikləri üçün hədiyyə tapmasını xahiş etdiyini, sürücüsü Ramil vasitəsi ilə həmin hədiyyələri ondan qəbul edib dəyərini ödədiyini iddia edib.

Lakin sürücü istintaqa ifadəsində generalı "satıb", deyib ki, Sübahir Qurbanovun tapşırığı ilə  ayda bir dəfə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun yanına gedib, Zeynalov nazirliyin binasının 2-ci mərtəbəsində yerləşən xidməti otağında ona hər dəfə 16x16x10 sm ölçüdə, şəffaf izolentlə bağlanmış və içərisi görünməyən sellofan "paket" verib. Sürücü deyib ki, həmin paketi ondan alıb Sübahir Qurbanova çatdırıb, bağlamanın içərisində pul olduğunu bilirmiş, ancaq miqdarından xəbərsizmi.. Sürücü təsdiqləyib ki, 3-4 il ərzində bu qayda ilə Vidadi Zeynalovun verdiyi bağlamanı Sübahir Qurbanova çatdırıb, V.Zeynalovdan son dəfə 2015-ci ilin oktyabr ayında paketi alıb Sübahir Qurbanova aparıb.

Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi vəzifəsində işləmiş general Teymur Quliyev də istintaqa ifadəsində Vidadi Zeynalovdan aylıq haqq aldığını inkar edib. O, Zeynalovu 20-25 ildir tanıdığını desə də, yaxın münasibətlərdə olduğunu inkar edib, pul tələb etmədiyini bildirib.

Lakin  Vidadi Zeynalov Sübahir Qurbanovla və Teymur Quliyevlə üzləşmə zamanı  3-3,5 il ərzində Sübahir Qurbanova hər ay 100 min ABŞ dolları, Teymur Quliyevə isə  2013-cü ilin ortalarından başlayaraq hər ay 50 min ABŞ dolları pulu sürücüləri vasitəsi ilə göndərdiyini bir daha onların üzünə təsdiq edib. Generallar bu faktları təkzib edə bilməyiblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qızıl Xaç Dilqəm və Şahbazla bağlı diaspora sədrinə cavab verib: “Nəzarətimizdədir...”

21 İyul 2017 10:59

BAKI: İdmançı "Galendewagen"lə piyadanı "biçdi"

21 İyul 2017 10:59

Futbol əfsanəsi azadlığa çıxır - VİDEO - FOTO

21 İyul 2017 10:57

Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində siqaretlər aşkar edilib

21 İyul 2017 10:57

Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri var? - AÇIQLAMA

21 İyul 2017 10:57

Azərbaycan gömrükçülərinin saxladığı iki avtomobildə 175 ədəd araq olub

21 İyul 2017 10:57

Əbədi həyatla bağlı insanlığın ən böyük səhfi

21 İyul 2017 10:55

Azərbaycanda iki nəfər özünü öldürdü - biri meşədə, digəri zavodda

21 İyul 2017 10:54

Peyğəmbərlə bağlı alimlərdən SENSASİYALI ARAŞDIRMA: DƏHŞƏTDİR - FOTO

21 İyul 2017 10:53

“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək

21 İyul 2017 10:52

Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır - VİDEO - FOTO

21 İyul 2017 10:52

Zakir Qaralov Gədəbəydə vətəndaşları qəbul edəcək

21 İyul 2017 10:52

Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı - FOTO

21 İyul 2017 10:48

SORĞU: Azərbaycan Türkiyənin ən etibarlı dostudur

21 İyul 2017 10:47

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

21 İyul 2017 10:47

Azərbaycanlı aparıcı komaya düşdü

21 İyul 2017 10:47

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

21 İyul 2017 10:44

Damlanın elə görüntüləri yayıldı ki...

21 İyul 2017 10:44

Bitkoin bir həftəyə 68% bahalaşıb

21 İyul 2017 10:42

Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ

21 İyul 2017 10:38

Roman Qriqorçuk: "Futbolçularımla fəxr edir, onları sevirəm"

21 İyul 2017 10:37

İntihar edən müğənninin xanımının hesabını ələ keçirib, iyrənc paylaşımlar etdilər - FOTO

21 İyul 2017 10:37

Türkiyədə daha bir güclü zəlzəzlə baş verdi

21 İyul 2017 10:37

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 10:35

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

21 İyul 2017 10:34

Müğənninin öldüyü gün klipi izlənmə rekordu qırdı

21 İyul 2017 10:30

Yerevanda yaşlı kişi arvadının gözü qarşısında intihar edib

21 İyul 2017 10:27

Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü

21 İyul 2017 10:23

DİQQƏT: "Dostum evlənir" yazmayın

21 İyul 2017 10:23

Hadisə küçədə yatdı - "Qorxulu bir gecə idi" - FOTO

21 İyul 2017 10:22

Tanınmış aktrisa LÜKS yaxtada çimərlik geyinmində görüntüləndi - FOTO

21 İyul 2017 10:18

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

21 İyul 2017 10:17

“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

21 İyul 2017 10:17

Avropa Liqası: III təsnifat mərhələsinun cütlükləri

21 İyul 2017 10:17

Avropa Liqası II təsnifat mərhələsinin nəticələri

21 İyul 2017 10:17

Yol polisinin evakuatorları cərimələnəcək

21 İyul 2017 10:17

Ağciyərləri 3 günə təmizləyən qarışıq

21 İyul 2017 10:15

Azərbaycanlı aparıcı komaya düşdü - FOTO

21 İyul 2017 10:12

Tanınmış aktrisa sudan elə bir şey tapdı ki...

21 İyul 2017 10:10

Cəbhədən son məlumat

21 İyul 2017 10:07

"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

21 İyul 2017 10:05

Bülənt Ərsoyun makiyajsız halı hamını çaşdırdı

21 İyul 2017 09:59

Kamran Ağayevin yeni klubu bəlli oldu

21 İyul 2017 09:58

Sevilən müğənni "O ses Türkiye"nin münsifi olacaq

21 İyul 2017 09:57

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (21.07.2017)

21 İyul 2017 09:57

Cəbhədə gərgin gecə

21 İyul 2017 09:53

Atəşkəs 123 dəfə pozuldu

21 İyul 2017 09:49

BODRUMDA olan azərbaycanlı məşhurlar zəlzələ təəssüratlarından danışdı – FOTO

21 İyul 2017 09:48

“Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib

21 İyul 2017 09:47

Cəbhədə vəziyyət gərgin olaraq qalır - Düşmənin növbəti təxribatı...

21 İyul 2017 09:47