Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə Azərbaycanda 196 km boru qaynaq edilib

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə Azərbaycanda 196 km boru qaynaq edilib
14:07 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin III rübündə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (QBKG) layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda kəmərin marşrutu boyunca uğurla davam edib, Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləyib.
"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.
Bildirilib ki, təqribən 196 km uzunluğunda boru artıq qaynaq edilib, 177 km boru örtüklənib və 168 km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri irəliləməkdədir.
Hesabat rübündə Gürcüstan ərazisində də xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edib. Kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib - 59 km-ə yaxın boru qaynaq edilib və örtüklənib, 52 km-ə yaxın boru isə xəndəyə endirilib. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin IV rübündə başlanacaq.
Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 80% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında isə işlərin 2018-ci ildə tamamlanması planlaşdırılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/cenubi-qafqaz-boru-kemerinin-genislendirilmesi-uzre-azerbaycanda-196-km-boru-qaynaq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR