Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı ŞOK QANUN

Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı ŞOK QANUN
14:09 18 Noyabr 2016
117 Digər
Ölkə mətbuatı
A- A+

 

AKP parlamentdə uşaqlara cinsi istismar edənlərin zərər çəkənlə evləndirilməsinə dair təklif irəli sürüb. 

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, təklifdə qeyd olunur ki, təcavüz edənlə zərərçəkən evlənərsə cinayətkarın cəzası təxirə düşə bilər. 

Təklif olunan qanun dəyişikliyinə MHP və CHP sərt etirazlarını bildirib.

 

Parlamentdə və sosial şəbəkələrdə böyük etirazla qarşılanan təklifə münasibət bildirən Türkiyənin Ədalət naziri Bekir Bozdağ isə qanun dəyişikliyini dəstəklədiyini açıqlayıb:

 "Həbsxanalarda 3-4 min belə insan hazırda həbsxanalardadır. Bu hadisədə ən çox zərərçəkən qadındır. Buna görə bu problemi uyğun şəkildə həll etməyə çalışırıq”.

 

Müzakirələrə və etirazlara baxmayaraq qanun dəyişikliyi ilk səsvermədə qəbul edilib.

 

MHP və CHP millət vəkillərinin yenidən açıq səsvermə tələbindən sonra təklif səs çoxluğu ala bilməyib. Buna görə sözügedən qanun dəyişikliyinə növbəti həftə yenidən baxılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR