NADİR HADİSƏ: Doğuş etsə də, hamilədir - FOTO

NADİR HADİSƏ: Doğuş etsə də, hamilədir - FOTO
14:12 18 Noyabr 2016
146 Dünya
Ölkə mətbuatı
A- A+

Danielle Paul adlı qadın əkizlərindən birini 24 həftəliyində dünyaya gətirib, digərini isə 4 həftə keçməsinə baxmayaraq hələ doğmayıb.

Milli.Az "Daily Mail"ə istinadən bildirir ki, hələ də hamilə olan qadın digər körpəsini dünyaya gətirmək üçün bir müddət daha gözləməli olacaq.

Danielle və həyat yoldaşı Metyu buna bənzər başqa doğuşların da olduğunu öyrəniblər.

24 həftəlik hamiləliyində Sadi adını verdikləri körpələri dünyaya gəlib. Cəmi 710 qram olan Sadi təcili olaraq küvezdə saxlanılıb.

Digər doğuma hazırlaşan qadın körpəsinə ana südü verə bilmir. Körpə süd bankından alınan südlə saxlanılır. Ailə əkizlərdən ikincisinin 40 həftəsini tamamlayacağına ümid edir.

Təhməz Təkin

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR