“Şahdəniz” yatağından qaz hasilatı 11% artıb

“Şahdəniz” yatağından qaz hasilatı 11% artıb
14:12 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində “Şahdəniz” qaz-kondensat yatağından 8 mlrd. kubmetr qaz və 1,9 mln. ton (təqribən 15 mln. barel) kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkətinin hesabatında qeyd olunub.
Hesabat dövründə yataqdan qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11%, kondensat hasilatı isə 14% artıb.
Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 29,5 mln. kubmetr və ya ildə təqribən 10,8 mlrd. kubmetrdir.
Məlumata görə, 2016-cı ilin III rübündə “Şahdəniz Mərhələ 1”in mövcud platformasında (Alfa) SDA09 qaz hasilatı quyusunun alt seksiyaları qazılıb və tamamlama işlərinə başlanıb: "Bu işlər hazırda davam edir. “İstiqlal" qazma qurğusunun yenidənqurma işləri və istismar sınaqları sentyabrın ortalarına başa çatdırılıb. Bunun ardınca qurğu SDC04 quyusunda tamamlama işlərinə başladı və bu işlər indi də davam edir. Heydər Əliyev qazma qurğusu SDG03 quyusunu qazdıqdan sonra SDG02 quyusunun lay seksiyasında qazma işləri aparır. Bu iki qazma qurğusu artıq "Şahdəniz Mərhələ 2"-nin başlanması və hasilatın ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində on hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”.
Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sahdeniz-yatagindan-qaz-hasilati-11-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR