Vitali Rəhimov: "Olimpiya medalımı heç kimə vermərəm"

Vitali Rəhimov: "Olimpiya medalımı heç kimə vermərəm"
14:17 18 Noyabr 2016
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış güləşçisi Vitali Rəhimov Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (İOC) qərarına münasibət bildirib.

Milli.Az bildirir ki, idmançı azvision.az-a açıqlamasında belə bir qərarın gülünc olduğunu deyib.

"Bu qərardan xəbərim var. 8 ildən sonra verilən qərar inanılmaz və gülüncdür. Yarışdan əvvəl, yarış günü və yarışdan sonra dopinqlə bağlı yoxlama aparılıb. Qanımda dopinq tapılsaydı, Pekində bilinərdi. 8 ildən sonra belə bir qərar vermək absurddur. Dopinqlə bağlı ölkəmizdə də dəfələrlə yoxlanış olub. Belə bir şey olmayıbsa, indi necə çıxa bilər? Bunu eşidəndə çox pis oldum, səhərə kimi yata bilmədim. Bu qərarla razı deyiləm".

V.Rəhimov qazandığı Olimpiya medalını geri vermək niyyətində olmadığını bildirib: "2 dəfə dünya üçüncüsü, 1 dəfə Avropa çempionu olmuşam. Olimpiya medalını əziyyətimlə qazanmışam. Buna görə də medalı heç kimə vermərəm".

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR