"Həyat yoldaşımdır, dedikləri ilə razılaşıram" - Gülay

"Həyat yoldaşımdır, dedikləri ilə razılaşıram" -  Gülay
14:21 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Gülay Zeynallı Amerikada - FOTO (25 May 2017 13:05)
Sumqayıtın 8 yaşlı “Həcər”i: gənc çapar (08 May 2017 18:04)
"Gülay ev aldı, amma görməmişlik etmədi" (17 Aprel 2017 13:22)

Axşam.az müğənni Gülay Zeynallının “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Siz xalq və bəstəkar mahnıları ifa edirsiz. Həmçinin, “Xalq ulduzu” müsabiqəsinin yetirmələrindənsiz. Xalq mahnıları ifa etməyinizə baxmayaraq şou-biznesin bir üzvüsüz. Adətən sizin tərzdə oxuyan ifaçılar bir qədər bu arenadan uzaq gəzməyə üstünlük verirlər...

- Hər sənətçinin bu arenada tanınmağında müxtəlif məsələlər rol oynayır. Kimisi qalmaqal, kimisi başına gələn hadisə, kimisi isə klipi və layihəsi ilə yadda qalır. Mən “Xalq ulduzu” müsabiqəsinə kimi evdə boş oturmamışam. Asəf Zeynallı adına Musiqi Məktəbi və Azərbaycan Milli Konservatoriyasında təhsil almışam. Öz üzərimdə çox işləyirdim. Həmçinin, dövlət tədbirlərində çıxış edirdim, xeyli səfərlərimiz olurdu.

Daha sonra müsabiqə barədə xəbər tutdum. Düzdü, yarışmaya müraciət edən iştirakçılar çox idi. Seçilən 18 iştirakçı arasına daxil ola bildim. Tanınmağımda həmin layihənin böyük rolu oldu. Baxmayaraq ki, mən “Xalq ulduzu”nda 6-cı yeri tutmuşdum. Gərək insanın naxışı olsun. Müğənni məşhur olduqdan sonra arxayınlaşmamalıdır. Relsə düşdükdən sonra bu sənətə davam etməlisən. Məndə bacardığım qədər qalmaqaldan uzaq gəzdim.

- Naxış deyəndə nəyi nəzərdə tutursuz?

- Birnci növbədə Allahın qisməti olmalıdır. Naxışı Allah yazır. İnsan özü-özünə naxış çəkə bilməz. Özümü uğurlu insan hesab edirəm. Allah gec də olsa, bütün istəklərimi mənə nəsib edib. Mənə nəsib olunanlara da naxış deyilir.

“Onlar kimi tapşırıq, bir zənglə bu sənətə gəlməmişəm”

- Siz də klip çəkdirməyən məşhurlardansız. Əksər məşhurlar klip kanallarının yoxluğundan şikayətlənir.

- Yox, hər şey qaydasındadır. Sonuncu klipim keçən il çəkilib. Mən bu səviyyəyə çıxana kimi çox əziyyət çəkmişəm. Bu sənətin içinə birdən -birə düşməmişəm. Elə verilişlər var ki, ora getmirəm. Düzdü, əvvəlcədən veriliş və qonaqlar barədə məlumat alırıq. Ancaq birdən elə qonaqlar olur ki...

Belə bir deyim var, “Qurunun oduna yaş da yandı”. Mən o qonağın badına gedə bilərəm. O qonaqlar kimi tapşırıq, bir zənglə bu sənətə gəlməmişəm. Qayıdım klip məsələsinə... Verilişlər çoxdur, klipləri də həmin verilişlərdə yayımlayırıq. Ancaq daha çox mahnılara üstünlük verirəm. İstəyirəm ki, hər verilişdə fərqli mahnılar oxuyum, eynilik olmasın.

- Hər bir sənətçinin yaradıcılığında xüsusi əhəmiyyət daşıyan mahnılar olur. Sizdə necə?

- Müğənnilər üçün oxuduqları bütün mahnılar əzizdir. Bir valideyn övladlarını necə seçmirsə, müğənni də mahnıları seçmir.

- Məsələn, bizim ailədə valideynlərim məni daha çox sevir.

- (Gülür). Yəqin daha çox pul qazanırsan...

- Onda sizə hansı mahnı daha çox pul qazandırırsa, onu daha çox sevirsiz.

- Zarafat bir yana, həqiqətən də mahnılarımın hamısını çox sevirəm. Ola bilər ki, iki gün sonra daha yaxşı mahnı yazıla bilər. Mən isə onu daha çox bəyənərəm. Ümumilikdə, bütün musiqi əsərlərini sevirəm.

“Onlarla öpüşüb-görüşürəm, amma pərdə saxlayıram”

- Qalmaqallardan da bir qədər uzaq gəzirsiz...

- Bir qədər yox, çox... Mən görməmişəm ki, kimsə mənə söz atsın. Mən belə bir şərait yaratmamışam. Sənətdə rəqabət olmalıdır, bu, danılmaz faktdır. Ancaq sağlam rəqabətin tərəfdarıyam. Pis paxıllıq etməklə, kinli olmaqla, onun-bunun maşınını müzakirə etməklə insan heç bir uğur əldə edə bilməz. Təkcə bu sənətdə belə şeylər olmur, normal insanlara da bu hadisələri şamil etmək olar. İnsan qarşısına məqsəd qoymalıdır.

Elə məqsəd qoymalıdır ki, sağlam rəqabəti davam etdirə bilsin. Mənim azdan-çoxdan təhsilim, ailəm, hormətim var. Bu səbəbdən sağlam rəqabətə girirəm. Bunlar ola-ola niyə rəqabət aparasan? Sənət dotlarımızla da arada pərdə var. Bu sənətdə təkcə Humay Qədimova ilə dostluq edirəm. 16 ildir ki, bir-birimizi tanıyırıq. Digərləriylə “salam-sağ ol”dur. Düzdü, öpüşüb-görüşürəm, ancaq pərdə saxlayıram.

“Qəlbim sınsa, üzümü çevirib gedirəm”

- Bağışlamağı necə? Bacarırsız?

- Kinli insan deyiləm, bağışlamağı bacarıram. İki gün əvvəl küsürəm, inciyirəm. Daha sonra gedib “salam” verirəm. Heç yadıma düşmür ki, iki gün əvvəl həmin şəxsdən küsmüşəm. “Əkizlər” bürcüyəm. Qəlbim sınsa, üzümü çevirib gedirəm. Amma kin saxlamaq, paxıllıq etmək mənlik deyil.

- Mənə maraqlıdır ki, siz indi suallara cavab verəndə bir neçə dəfə “paxıllıq” sözündən istifadə etmisiz. Sizə paxıllıq edənlər çoxdu?

- Mən bunu necə dəqiq deyə bilərəm? Düzdü, hiss edirəm, ancaq onlara nə deyim? Söyləyim ki, niyə mənə paxıllıq edirsiz? İnsanın canında varsa, heç nə demək olmur.

- Müğənnilər bu arenada olan dostluq münasibətlərindən gileylənirlər. Deyirlər ki, şou-biznesdə dostluq yoxdur.

- Əsl sənəti daşıyan insanlar arasında dostluq münasibətləri var. Rövşən Əzizlə Aşıq Əli dostdur. Onların ikisi də sənətkardır, onların peşələrinə heç kəs söz deyə bilməz. Onlar ailəvi dostluq edirlər. Əsl sənətçilər dostluq etməyi bacarırlar.

“Sənətdən uzaqlaşmadım, o mənə dəstək oldu”

- Müğənnilər ailə həyatı qurduqdan sonra şou-biznesdən uzaqlaşırlar. Sizdə isə bir qədər fərqli oldu. Siz həyat yoldaşınızı şou-biznesə gətirdiniz...

- Yox, Kamilin əvvəlcədən öz ətrafı olub. Ora məşqə gedən insanların 70 faizi onun öz tanışlarıdır. Allah bir ailədə iki nəfər naxış verib, nə ziyanı? Xanım bəyə, bəy də xanıma dəstəkdirsə, ziyan yoxdur. Biz bir-birimizə dəstək oluruq. Mən müğənnilərin evləndikdən sonra sənətdən uzaqlaşdığının şahidi olmuşam. Uzaqlaşmadım, həyat yoldaşım mənə dəstək oldu.

- Nigar Camal müsahibəsində demişdi ki, bu sənətdə olan insan ailəli olmamalıdır. Çünki, ailə sənətə əngəl olur. Siz necə düşünürsüz?

- Mən bununla razılaşmıram. Bizdə belə bir şey yoxdur. Düzdü, həm ailəyə, həm də sənətə diqqət ayırmaq çox çətindir. Düşünün, bu sənətdə hörmət qazanırsan, məşhur olursan. Ancaq 10 il sonra ailə axtarırsan, sənə lazım olduğunu hiss edirsən.

- Sizi kaprizli müğənni hesab edirəm...

- Yox (gülür). Düzdü, “Əkizlər” bürcüyəm. O biri tayım gələndə çox pis oluram. Anam, bacım bunu qəbul edirsə, hamı qəbul etməlidir. Mən kaprizli biri deyiləm. Məsuliyyətli bir insanam. Məsələn, məni verilişə çağırırlar. Deyirəm ki, saat neçədə başlayacaq? Cavab verir ki, saat 14:00-da. Mən isə söyləyirəm ki, əgər veriliş 15:00-da başlayacaqsa, məni indidən çağırmayın. Mənə dəqiq vaxtı deyin, həmin anda orada olacam. Bundan başqa səliqəli olmağı çox sevirəm. Qadın çox səliqəli olmalıdır.

“Mənə qarşı hörmətsizlik olsa, beş qatını qaytararam”

- Güclü bir qadın olduğunuzu düşünürsüz?

- Bəli, güclü qadınam. Ancaq kişilər qarşılarına qoyduqları məqsədlərə nail ola bilirlər. Çox vaxt belə olur. Mən isə xanım kimi öz məqsədlərimi reallaşırıram, hesab edirəm ki, çox güclüyəm. Düzdü, hərdən mən də əsəbi oluram. Elə hərəkət edə bilərəm ki, onun günlərlə əziyyətini çəkərəm. Özüm diqqət sevən bir xanımam, diqqətsiz insanları sevmirəm. Bir-iki dəfə bağışlayaram, üçüncü dəfə deyərəm ki, yaxşı yol!

İnsan xırda bir hərəkət edə bilər, ancaq sən onu böyük bir şey kimi qəbul edərsən. Diqqət etmək o demək deyil ki, hədiyyə versin və s. Bir insan elə addım ata bilər ki, gözümdə o zaman çox qalxa bilər. Özünə hörmət qoyan insan hər kəsə hörmət qoyacaq. Ancaq mənə qarşı hörmətsizlik olsa, beş qatını qaytararam.

“Evli deyilsən, ərə get, daha sonra başa düşəcəksən”

- Bir az da sosial şəbəkələrdən danışaq. İnstaqramda aktiv bir xanımsız.

- Elə də aktiv deyiləm. İnstaqram səhifəm gizlidir, açıq olmağını istəmirəm. Gün ərzində bəlkə də, milyonlarla insan izləmək üçün bildiriş atır. İstədiyim insanları qəbul edirəm. O demək deyil ki, məni izləyən 200 min insanın hamısı qohumlarımdır (gülür). Yox, sadəcə olaraq normal insanlara icazə verirəm. Kamil də icazə vermir. Onun bu istəyinə hörmətlə yanaşıram. Bundan başqa mənə artıq-əksik şərhlər yazmırlar, belə şeylərlə rastlaşmıram. Ola bilsin ki, kimsə düşünə bilər, deyər ki, Gülay özündən razıdır, məni dostluq siyahısına qəbul etmir. Onları başa sala bilmirəm ki, qurban sənə, evli deyilsən, ərə get, daha sonra bunu başa düşəcəksən (gülür).

- Kamil bəy sizə çox qarışır? Nələrə icazə vermir?

- Siz evlisiz?

- Xeyr.

- Evli olanlar bunu bilir. Məsələn, o mənə deyə bilər ki, efirdə filan sözü işlətdin, xoşum gəlmədi, gərək belə etməzdin. Həyat yoldaşımdır, dedikləri ilə razılaşıram, deyirəm ki, yaxşı. Ancaq geyim məsələsi barədə fikir bildirim. Geyimlərimə qarışmır, çünki özüm geyimimi bilən qadınam.

- Elə bu yaxınlarda həyat yoldaşınız bir neçə qalmaqalla gündəmə gəldi. Bu cür xəbərlər çıxanda reaksiyanız necə olur?

- Belə şeylər olur. Düzdü, xəbərlər çıxanda məsləhətlərimi verirəm. Ancaq bir şey deyim ki, müsahibə verirsən, dəyişdirib sayta qoyurlar. Müsahibə oxunub gedir, insana münasibət qalır. Dağ dağa rast gəlməz, insan insana rast gələr. Bir müsahibəyə görə, münasibətləri korlamaq olar?

- Övladınızın tərbiyəsi ilə özünüz məşğul olursuz?

- Övladıma qarşı çox ciddiyəm. Qız övladları atalara daha çox meyilli olurlar. Atalar qız övladlarını kaprizli böyüdürlər. İşim olanda anam, bacılarım kömək edir. İşim bitdikdən sonra vaxtımı ailəmə sərf edirəm. İşim varsa, məşğul olacam, olmasa evimə gedəcəm. Dostlarım, rəfiqələrimlə görüşmək, vaxtımı keçirmək mənlik deyil. Bu həyatda ailədən gözəl heç nə yoxdur.

- Elə xalq mahnılarını ifa edən sənətçilər var ki, estrada janrına müraciət edir. Bəs siz necə? Bu barədə düşünürsüz?

- Mən muğam ifaçısıyam. Bütün musiqilər isə muğamın üzərində qurulub. Ona görə də estrada janrında oxumağım çətin olmaz. Ancaq 8 ildir ki, muğam üzrə təhsil alıram, bu il magistraturaya sənədlərimi verəcəm. Şou-poqramlarda çıxş etdiyim üçün estrada janrında bir neçə mahnı oxumuşdum. Estrada ifaçıları başqa janrda mahnı oxuyanda bir qədər əziyyət çəkirlər. Ancaq muğam oxumaq çətindir.

Siz bir toylara nəzər salın. Xalq mahnıları oxuyanlar, yoxsa estrada ifaçıları fonoqrama oxuyur? Milli ifaçının məsuliyyəti çoxdur. Mən yarım saatlıq bir toya gedirəm. Köməkçimə deyirəm ki, filan mahnını qoydurarsan. Çünki mahnı tutub və sevilir. Daha sonra “yox” deyirəm, canlı oxumağa başlayıram. Ev sahibi istəsə, hazır mahnılarımdan ifa edə bilərəm. Hətta, pulsuz toylara da gedirəm, deyirlər ki, 3 mahnını fonoqrama oxu çıx. Mən isə canlı oxuyuram.

"Elə insanlar var ki, məni qucaqlayıb ağlayır"

- Toylarda təmənnasız tez-tez oxuyursuz?

- Dost-tanışların toylarında oxuyuram. Ancaq elə insanlar var ki, övladlarının arzusunun olduğunu deyiblər. Mən isə toya getdiyimin puldan aşağı qiymətə razılaşmışam. Toy qiymətlərində güzəştə gedirəm. Elə insanlar var ki, güzəştə getmir. Status məsələsini gündəmə gətirirlər. Allah kəssin elə statusu... Çünki, mən əziyyət çəkə-çəkə bu sənətə gəlmişəm. “Xalq ulduzu” yarışmasına kimi musiqi təhsili almışam. Elə olub ki, məktəbə getməyə yol pulum olmayıb. Bu əziyyətləri görən insan necə statusdan söz aça bilər?

Elə toy olub ki, oxuyandan sonra ev sahibi razılaşdığımız qiymətin iki qatını verib. Onda mən ev sahibinə nə deyim? Söyləyim ki, biz belə danışmamışdıq? Razılaşdığımız qiyməti verin? Bunlar mənim öz fikirlərimdir. Elə yer var ki, orta təbəqənin toyu keçirilir. Mən onlara məşhur və bahalı restoranlara dediyim qiyməti niyə deyim? Nə olsun ki, kasıbdır? Onun da arzusu var. Ailəm üçün adi insan ola bilərəm. Ancaq elə insanlar var ki, məni qucaqlayıb ağlayır. Deyir ki, övladım üçün sizin çağırmışam.

“Ofisiantın boğazından tutub dalaşdı...”

- Toyda başınıza maraqlı hadisə gəlib?

- Mən toyda canlı oxuduğum üçün çay istədim. Köməkçim Dilbər də ofisianta istəyimi söylədi. Ofisiant gedib 3 saat fırlandı. Gördüm ki, Dilbər ofisiantın boğazından tutub dalaşır (gülür). Bundan əlavə, bizə qarşı toylarda hörmətsizlik olunmayıb.

“Toya özümlə mikrafon aparıram...”

- Son zamanlar toylarda mikrafon ötürmə qalmaqalı yenidən alovlanıb. Şou-biznesdə bir neçə məşhur müğənni ad çıxarıb. Onlar məclisdə həmkarlarına mikrafon vermək istəmirlər.

- Mənim şəxsi mikrafonum var. Bir neçə ildir ki, belədir. Toya öz mikrafonumu aparıram. Gözləmirəm ki, vaxtım çatanda kimsə mənə gətirib mikrafon versin. Mikrafondan 100 nəfər istifadə edir, mən gərək ondan isitfadə edim? Həm bu səsimə görə qurulur, həm də təmizlik baxımından diqqət edilir.

Tutaq ki, mənim çıxışım 20:00-dadır. Artıq məclisdə 20:25-də oluram. Əgər mənə 20:40-da söz verirlərsə, bu mənim problemim deyil. Ya aparıcı, ya da digər ifacı gecikdirir. Belə olan halda 15 dəqiqə mahnımı oxuyuram, yarım saatlıq pulumu alıb çıxıram. Bir-iki dəfə başıma belə bir şey gəlib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılması ilə bağlı Tədbirlər Planı imzalanıb

25 May 2017 18:22

Məşhur müğənni 6 gündə iki ərini itirdi

25 May 2017 18:22

​Nadir Qafarzadəni məhv edən nə oldu?

25 May 2017 18:22

Qara nöqtələrə SON

25 May 2017 18:20

BDU-da Respublika Günü qeyd edildi

25 May 2017 18:18

İlham Əliyev Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25 May 2017 18:18

Rumıniya nümayəndə heyəti ADU-da olub

25 May 2017 18:15

Andiçmə mərasiminə gələn ANA

25 May 2017 18:13

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:09

Dənizdən tapılan meyitin itkin düşən neftçiyə aid olub-olmaması müəyyənləşdirilir

25 May 2017 18:08

Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”

25 May 2017 18:08

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:08

Çində əcnəbi futbolçu transferinə görə 100 faizlik vergi tətbiq olunub

25 May 2017 18:07

"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da

25 May 2017 18:07

Qəbələdə 2 ədəd tank əleyhinə tüstü minası tapılıb

25 May 2017 18:05

Türkiyədə 4 hərbçi və 1 qoruqçu şəhid olub, 3 terroçu zərərsizləşdirilib

25 May 2017 18:02

Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq

25 May 2017 18:02

Qərargah: “Bir kişi meyiti tapılıb”

25 May 2017 18:02

"Unibank"dan Respublika gününə xüsusi kredit kampaniyası

25 May 2017 18:01

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25 May 2017 18:01

Bu şəxslər “Şöhrət” ordeni ilə təltif edildi

25 May 2017 18:01

Ruminiyalı alimlər BDU-da

25 May 2017 17:58

Ata öz qızı ilə evləndi - RƏZALƏT!

25 May 2017 17:57

Bir gündə 7 türk hərbçi öldü

25 May 2017 17:55

Daha bir əfsanəvi oyunçu

25 May 2017 17:53

Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10 mln. manat güzəştli kredit verilib

25 May 2017 17:52

Cahangir Hacıyev ittihamları qəbul etmədi

25 May 2017 17:50

Putin İlham Əliyevi təbrik etdi

25 May 2017 17:48

Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI

25 May 2017 17:48

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

25 May 2017 17:47

Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı

25 May 2017 17:47

“AtaBank” ASC-yə “MasterCard” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib

25 May 2017 17:43

YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişib

25 May 2017 17:42

Fahişəni polis maşınından düşürüb qaçırtdılar - VİDEO

25 May 2017 17:42

Rəqsanənin bahalı hədiyyəsi, Safura nazir oğlu ilə...

25 May 2017 17:40

İlan onu axtaran adamın üstünı çıxdı və... - DƏHŞƏTLİ ANLAR (VİDEO)

25 May 2017 17:38

BDU-nun dekan müavini məhkəmədə ifadə verib: "Tələbəni kimlərsə öyrədir"

25 May 2017 17:37

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olunub

25 May 2017 17:36

Deputat: Hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə xidmət edir

25 May 2017 17:36

"Expressbank" daha bir nominasiya üzrə qalib olub

25 May 2017 17:36

“Intel” korporasiyası yeni interfeysi populyarlaşdıracaq

25 May 2017 17:35

Smartfonlar üçün əlavə reallıq printeri hazırlanıb

25 May 2017 17:35

Yaddaşınız sizi aldadır? - Bu üsul sizə kömək edər

25 May 2017 17:33

Daha bir dövlət Transxəzər marşrutuna qoşulmaq istəyir

25 May 2017 17:29

Sosial şəbəkələrə münasibətiniz necədir?

25 May 2017 17:29

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

25 May 2017 17:28

Bu il keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixləri açıqlanıb

25 May 2017 17:27

42 yaşlı futbolçu dünyanı heyran etdi

25 May 2017 17:27

Dollar ucuzlaşdı

25 May 2017 17:23

Manatın sabaha MƏZƏNNƏSİ

25 May 2017 17:22