Dövlət atributlarımıza olan sevgi vətənpərvərliyin təzahürüdür

Dövlət atributlarımıza olan sevgi vətənpərvərliyin təzahürüdür
14:22 18 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində "Dövlət atributlarına hörmət və vətənpərvərlik hissinin yüksəldilməsi" mövzusunda mətbuat konfransı keçirib.

Layihə rəhbəri Məlahət Xəlilova mətbuat konfransını açıq elan edərək bildirib ki, tədbir "Dövlət atributlarına hörmət və vətənpərvərlik hissinin yüksəldilməsi" mövzusuna həsr olunub: "Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə nail olmaqdır. Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşmış və ona həyat üçün əhəmiyyətli məsələ kimi baxmışdır. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq hissi yaradır. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqların mənəvi tərbiyəsini qiymətləndirmək üçün onlara yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, böyüklərə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətləri uyğun qiymətləndirilməli və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Azərbaycan xalqı müharibəni arzulamır və həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi-vətənpərvərlik ruhunda tərbiyə, sadəcə, gənclərin ölkəmizin sərhədlərini qoruması naminə həyata keçirilir".

M.Xəlilova əlavə edib ki, ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Heydər Əliyev bu barədə demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Şübhəsiz ki, hər bir gəncin, eləcə də hər bir vətəndaşın vətənpərvərliyi onun dövlətimizin atributlarının kəsb etdiyi mənanı dərindən öyrənməsində də öz əksini tapır. Yəni hər bir insan dövlət atributlarının mənasını bilməli, bununla yanaşı, həm də ona hörmət etməlidir. Çünki bayraq, gerb və himn hər bir dövlətin müqəddəs rəmzləridir.

Azərbaycanın milli atributu olan üçrəngli bayrağın yaranma tarixindən danışan yazıçı Əkbər Qoşalı bildirib ki, dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri dövlət bayrağıdır və onun təsviri əsasən Konstitusiyada qanunvericiliklə təsbit olunur. Dövlət bayrağı, eyni zamanda, məxsus olduğu dövlətin suverenlik rəmzidir.

ABUC-un sədri, yazıçı Yunus Oğuz qeyd edib ki, bu gün milli tərbiyə və təhsilimizin, milli ideologiyamızın qarşısında duran ən vacib məsələlərdən biri milli bayrağımızın tarixini, onun rəng palitrasının və üzərindəki rəmzlərinin məna və funksiyalarını təbliğ etməkdən, uşaqlara gənc nəslə öyrətməkdən ibarətdir. O əlavə edib ki, Azərbaycanın dövlət bayrağı "trikolor" ("üç rəngli") bayraqlar sırasına daxildir: "Müasir dövrdə bir çox dövlətlərin də bayraqları "trikolor"dur. Lakin bizim milli bayrağımız dünyada mövcud olan "trikolor"lardan rəng düzümü ilə bərabər, üzərində digər simvolların olmasına görə də fərqlənir. Dövlət bayrağımızda 3 rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini bildirən "türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Huseynzadədir. Onun fikrincə, TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdiriiməsi, MÜASİRLƏŞMƏK isə Avropa elm və texnikasının nailiyyətlərini öyrənib onun nəticələrini öz milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, demokratiya ənənələrindən istifadə etmək deməkdir. Dövlət bayrağımızdakı qırmızı zolaq üzərindəki rəngli aypara və ağ rəngu səkkizguşəli ulduz rəmzləri Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 21-də Gəncədə qəbul etdiyi qırmızı rəngli və üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının üçrəngli milli bayrağımızda kiçildilmiş formasından ibarətdir". 

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Rəşad Məcid bildirib ki, dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndirici nişanı dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı idi. Müsabiqə Xalq Cumhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk numunələrinin meydana çıxmasını əhatə edirdi. Lakin Demokratik Cümhuriyyətin süqutu, bir çox məsələlərin, o cümlədən müsabiqənin başa çatmasına mane oldu. 1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin yaradılması üçün müsabiqə elan olundu. Lakin təqdim olunan gerb eskizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi. Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün 1920-ci ildə yaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun, palıd yarpaqları və sünbüllərin təsviri rəssam tərəfindən bir qədər təkmilləşdirilmişdir.

Şair Elçin Mirzəbəyli qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra ADR-in dövlət bayrağı və dövlət gerbi ilə bərabər, dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı. E. Mirzəbəyli bildrib ki, "himn" sözü yunanca "təntənəli nəğmə" deməkdir. O, siyasi təbliğatda mühüm vasitə olmaqla müəyyən mütəşəkkillik və səfərbərlik rolu da oynayır. Himnin ifası, əsasən, bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur. Dövlət himninin mətni və melodiyası elə olmalıdır ki, o, xalqın bütün təbəqələri tərəfindən asan başa düşülsün. Onun sözlərinə görə, Azərbaycanın dövlət himninin musiqisi Üzeyir Hacıbəyliyə, mətni isə görkəmli şairimiz Əhməd Cavada məxsusdur.

Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, bayrağımız, gerbimiz, himnimiz ictimai-siyasi və mədəni həyatımızın bütün sahələrində geniş yayılmış, Konstitusiya qanununun tələblərinə uyğun respublikamızın bütün ərazisində və beynəlxalq miqyasda bərqərar olmuşdur. Azərbaycan Respublikası dövlət rəmzlərinin statusu 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında müəyyənləşdirilmişdir. Sevindirici haldır ki, ölkəmizin gənc nəsli dövlət atributlarımıza hörmətlə yanaşır, bu müqəddəs rəmzləri hər zaman uca tuturlar. Bu isə bir başa vətənpərvərlikdən, vətən sevgisindən xəbər verir.

Qarabağ qazisi Nahid Canbaxışlı qeyd eti ki, vətənpərvərliyin təbliği yüksək səviyyədə olanda əsgərlərin döyüş ruhu da yüksək olur: "Biz də yüksək döyüş əzmini qəhrəmanlarımızdan almışdıq. Döyüşə gedəndə yalnız torpaqlarımızı yağı düşməndən azad etmək barədə düşünürdük. Odur ki, döyüşə ölməyə yox, öldürməyə getmişdik. Hazırda da torpaqlarımızı işğaldan azad etməyə hazır olan kifayət qədər qəhrəman əsgərlərimiz var. Mən vətənpərvərəm, mənim ətrafım da vətənpərvərdir. Hazırda oğlum Vətən qarşısında borcunu yerinə yetirir. İnanıram ki, o da kifayət qədər vətənpərvərdir. Biz ali baş komandan,möhtərəm İlham Əliyevin əmrini gözləyirik. Bizim ən yüksək dövlət atributumuz olan bayrağımız işğaldan azad ediləcək torpaqlarımızda dalğalanacaq. O gun uzaqda deyil" .

Şair Əbülfət Mədətoğlu bildirdi ki, gəncləri vətənpərvər kimi yetişdirmək üçün ilk olaraq onlarda milli atributlarımıza hörmət və məhəbbət hissini aşılamalıyıq. Bu hisslərə malik olan gənc gələcəyin milli qəhrəmanıdır.

"Olaylar"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəmkirdə at gənc oğlana ağır xəsarət yetirib

26 May 2017 05:42

Lara və Qarnet - FOTO

26 May 2017 05:32

Azərbaycanın qadın voleybolçuları Bolqarıstanda təlim-məşq toplanışını keçirlər

26 May 2017 05:17

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı

26 May 2017 05:15

Həyətdə paltar yuyan qadına piton hücum etdi

26 May 2017 04:58

91 məhbus həbsxanadan qaçdı

26 May 2017 04:48

Dalğın baxışlı Zoi - FOTO

26 May 2017 04:32

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

26 May 2017 04:22

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 35 dinc sakin həlak olub

26 May 2017 04:12

Jurnalisti döyən siyasətçi azadlıqdan məhrum edilə bilər

26 May 2017 03:38

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

26 May 2017 03:17

Yəmənin cənub-qərbində toqquşmalar davam edir: 38 ölü

26 May 2017 03:15

Heç yerdə görmədiyiniz 15 QEYRİ-ADİ MASA - FOTOLAR

26 May 2017 03:03

NATO İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək

26 May 2017 02:37

Konqressmen Stiv Kohen Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib

26 May 2017 02:36

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

26 May 2017 02:35

Məlahətli Alessandra - FOTO

26 May 2017 02:32

Stella Ediyə çevrildi - FOTO

26 May 2017 02:32

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 02:22

Gürcüstanın Gəncədəki baş konsulu: “Bu il Bakı-Tiblisi-Kars dəmiryolu xəttinin çəkilişi başa çatacaq”

26 May 2017 02:07

Stratejik əhəmiyyətə malik kəndlər İŞİD işğalından azad edildi

26 May 2017 01:55

NATO İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya dəstəyini genişləndirmək barədə qərar qəbul edib

26 May 2017 01:42

Cazibədar Qal - FOTO

26 May 2017 01:32

"Volfsburq" Bundesliqada qalmaq uğrunda ilk qələbəsini qazandı

26 May 2017 01:30

Gəncədə Gürcüstanın Müstəqillik Günü qeyd edilib

26 May 2017 01:22

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkarlanıb

26 May 2017 01:09

Qorxuducu xəritə:

26 May 2017 00:49

46 yaşlı kişi özünə protez əl düzəltdi - FOTOLAR

26 May 2017 00:43

Həmas komandirinin sui-qəsdində şübhəli bilinən şəxs edam edildi

26 May 2017 00:28

NATO-nun sammiti müdafiə və dialoq vasitəsilə Rusiya ilə münasibətlərə doğru yanaşmanı təsdiqləyib

26 May 2017 00:27

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03

"Moody's" Samir Şərifova etibar edir

25 May 2017 23:57

Trampdan Monteneqro prezidentinə hörmətsizlik -

25 May 2017 23:56

Azərbaycan şərabları Vaşinqton festivalında - FOTO

25 May 2017 23:52

Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur

25 May 2017 23:52

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:52

10 yaşında 190 kq - FOTO

25 May 2017 23:50

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

25 May 2017 23:47

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

25 May 2017 23:42

“Real” azarkeşləri üçün xüsusi tabut

25 May 2017 23:42

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

25 May 2017 23:42

Batumidə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub

25 May 2017 23:32