Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş prokuror Şabranda vətəndaşları qəbul edəcək

Baş prokuror Şabranda vətəndaşları qəbul edəcək

Date: 18 November 2016 14:22

Bakı. 18 noyabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Şabranda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, görüş noyabr ayının 25-də saat 10:00-da Şabran Rayon Prokurorluğunun inzibati binasında baş tutacaq. Görüşdə Şabran, Quba, Qusar, XaçmazSiyəzən rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şabran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Tags:  Baş prokuror Şabranda vətəndaşları qəbul edəcək

RƏYLƏR


Top news