NATO-ya ZƏRBƏ: Türkiyə S-400 alır

NATO-ya ZƏRBƏ: Türkiyə S-400 alır
14:28 18 Noyabr 2016
163 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə S-400 böyük və orta mənzilli zenit-raket sistemlərinin alınması haqqında Rusiya ilə danışıqlar aparır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri Fikri İşık bildirib.

“Rusiyanın mövqeyi bu məsələdə müsbətdir. Ümid edirik ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaq və müdafiə sistemimiz ittifaqın tələblərinə uyğun olacaq. Amma biz heç bir halda Rusiyanın təklifini rədd etmirik. Bizim son məqsədimiz bu sistemləri Türkiyədə istehsal etməkdir”, - müdafiə naziri NTV telekanalının efirində deyib.

Türkiyə ilk dəfə S-400 raket kompleksləri ilə 2009-cu ildə maraqlanıb.

Ankarada 2015-ci ilin sonunda bildirdilər ki, Fransa və İtaliyanın birgə istehsalı olan SAMP-T zenit-raket kompleksi almaq niyyətindədir. Ancaq S-400-ün analoqu olduğu deyilən kompleksin alınması barədə razılaşma əldə etmək mümkün olmayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR