Bu il SOCAR-a 2 mlrd. kubmetrə yaxın səmt qazı verilib

Bu il SOCAR-a 2 mlrd. kubmetrə yaxın səmt qazı verilib
14:32 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 7,2 mln. kubmetr səmt qazı verilib.
“Report”un yatağın operatoru “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən verdiyi xəbərə görə, ümumilkdə isə SOCAR-a 1,97 mlrd. kubmetr səmt qazı verilib. SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% azalıb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.
AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-socar-a-2-mlrd-kubmetre-yaxin-semt-qazi-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR