"Sarkisyan yalan danışır, Ermənistanın "İsgəndər"i yoxdur"

"Sarkisyan yalan danışır, Ermənistanın "İsgəndər"i yoxdur"
14:32 18 Noyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın "Sputnik" beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova verdiyi müsahibədə diqqətçəkən etiraflar edib.

Məsələn, Sarkisyan deyib ki, Rusiyanın "İsgəndər" raket komplekslərinin ölkə ərazisində yerləşdirilməsi məcburiyyətdən atılmış addımdır: ""İsgəndər" raket komplekslərinin Ermənistanda yerləşdirilməsi regionda hərbi balansın saxlanılmasına xidmət edən amildir. Hesab edirəm ki, bu, məcburi addım idi, hansısa formada regionda hərbi situasiyanı balanslaşdırmaq məqsədi daşıyırdı".

Azərbaycanın son illər ərzində yeni silahlar aldığını deyən Sarkisyan ölkəsinin buna imkanı olmadığını vurğulayıb: "Bizim Azərbaycan kimi imkanımız yoxdur, mən maliyyə imkanlarını nəzərdə tuturam. Lakin biz həmişə "antizəhər" tapmağa, situasiyanı balanslaşdırmağa çalışmışıq".

Milli.Az xəbər verir ki, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə azvision.az-a bildirib ki, Sarkisyanın müsahibədə səsləndirdiyi bəyanatlar etiraflarla doludur.

"Bu etiraflardan biri də Ermənistan silahlı qüvvələrinin yeni silahlar əldə etməsi ilə bağlıdır. Əgər Ermənistan bir ölkə kimi inkişaf etsəydi, burada hər hansı bir problem olmazdı. Ermənistan militarist ölkədir. Bu ölkə Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. Ona görə də silahlı qüvvələrin təminatı və yeni silahların alınması bir nömrəli məsələdir. Ermənistanın iqtisadiyyatı, maddi resursları yoxdur. Bununla belə işğalçı ölkə dünyaya meydan oxumağa çalışır. Sarkisyan etiraf edir ki, dövlətin maliyyə imkanları yoxdur. Əgər Rusiya ara-sıra Ermənistana əvəzsiz silah verməsə, hesab edirəm ki, bu ölkənin vəziyyəti daha acınacaqlı olar".

"İsgəndər" raket kompleksləri ilə bağlı məsələyə gəlincə, millət vəkili hesab edir ki, Sarkisyan ictimaiyyəti aldatmaqla məşğuldur: "Ermənistanın hər hansı "İsgəndər" raket kompleksləri yoxdur. Bu komplekslər çox bahalıdır. Rusiya heç bir halda bunu Ermənistana güzəşt edə bilməz. Sadəcə görüntü naminə hərbi paraddan keçirilən bu kompleks yenidən Rusiya hərbi bazasına qaytarılıb".

A.Mirzəzadə vurğulayıb ki, Ermənistan heç vaxt Azərbaycanla hərbi balans yarada bilməz: "Bu ölkənin nə iqtisadi gücü, nə əhali sayı, nə də maddi imkanları Azərbaycanla balans əmələ gətirə bilər. Azərbaycanın hərbi qüdrətini artırması ancaq Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad etmək məqsədi daşıyır. Torpaqlar işğaldan azad edildikdən sonra buna o qədər də ehtiyac qalmayacaq".

Millət vəkili vurğulayıb ki, Ermənistan prezidentinin etirafları onun qorxu və təlaş içərisində olduğunu göstərir: "Bu gün Ermənistan özünün çıxılmaz vəziyyətdə olduğunu dərk edir. Bu müsahibə ilə Sarkisyan dünyaya yalvarır. Ancaq, bu çıxış yolu deyil. Azərbaycan dünyada özünü tanıda bilib, Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv informasiya möhkəmlənir. Bu səbəbdən Ermənistanın Azərbaycana torpaq iddialarından əl çəkməkdən başqa yolu yoxdur". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Bank VTB (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək

21 İyul 2017 10:52

Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır - VİDEO - FOTO

21 İyul 2017 10:52

Zakir Qaralov Gədəbəydə vətəndaşları qəbul edəcək

21 İyul 2017 10:52

Ancelina Coli ilə Bred Pitt haqqında GİZLİ fakt üzə çıxdı - FOTO

21 İyul 2017 10:48

SORĞU: Azərbaycan Türkiyənin ən etibarlı dostudur

21 İyul 2017 10:47

Avropa Liqası: 29 cütlük müəyyənləşdi

21 İyul 2017 10:47

Azərbaycanlı aparıcı komaya düşdü

21 İyul 2017 10:47

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

21 İyul 2017 10:44

Damlanın elə görüntüləri yayıldı ki...

21 İyul 2017 10:44

Bitkoin bir həftəyə 68% bahalaşıb

21 İyul 2017 10:42

Qadının böyrəyini oğurladılar - ŞOK HADİSƏ

21 İyul 2017 10:38

Roman Qriqorçuk: "Futbolçularımla fəxr edir, onları sevirəm"

21 İyul 2017 10:37

İntihar edən müğənninin xanımının hesabını ələ keçirib, iyrənc paylaşımlar etdilər - FOTO

21 İyul 2017 10:37

Türkiyədə daha bir güclü zəlzəzlə baş verdi

21 İyul 2017 10:37

Şifrləyici virus proqramları istifadəçilərə nə qədər ziyan vurub?

21 İyul 2017 10:35

Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

21 İyul 2017 10:34

Müğənninin öldüyü gün klipi izlənmə rekordu qırdı

21 İyul 2017 10:30

Yerevanda yaşlı kişi arvadının gözü qarşısında intihar edib

21 İyul 2017 10:27

Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü

21 İyul 2017 10:23

DİQQƏT: "Dostum evlənir" yazmayın

21 İyul 2017 10:23

Hadisə küçədə yatdı - "Qorxulu bir gecə idi" - FOTO

21 İyul 2017 10:22

Tanınmış aktrisa LÜKS yaxtada çimərlik geyinmində görüntüləndi - FOTO

21 İyul 2017 10:18

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

21 İyul 2017 10:17

“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

21 İyul 2017 10:17

Avropa Liqası: III təsnifat mərhələsinun cütlükləri

21 İyul 2017 10:17

Avropa Liqası II təsnifat mərhələsinin nəticələri

21 İyul 2017 10:17

Yol polisinin evakuatorları cərimələnəcək

21 İyul 2017 10:17

Ağciyərləri 3 günə təmizləyən qarışıq

21 İyul 2017 10:15

Azərbaycanlı aparıcı komaya düşdü - FOTO

21 İyul 2017 10:12

Tanınmış aktrisa sudan elə bir şey tapdı ki...

21 İyul 2017 10:10

Cəbhədən son məlumat

21 İyul 2017 10:07

"Bütün otel həyətdədir" - İlkin Həsəninin Türkiyə istirahətini zəlzələ pozdu - FOTO

21 İyul 2017 10:05

Bülənt Ərsoyun makiyajsız halı hamını çaşdırdı

21 İyul 2017 09:59

Kamran Ağayevin yeni klubu bəlli oldu

21 İyul 2017 09:58

Sevilən müğənni "O ses Türkiye"nin münsifi olacaq

21 İyul 2017 09:57

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (21.07.2017)

21 İyul 2017 09:57

Cəbhədə gərgin gecə

21 İyul 2017 09:53

Atəşkəs 123 dəfə pozuldu

21 İyul 2017 09:49

BODRUMDA olan azərbaycanlı məşhurlar zəlzələ təəssüratlarından danışdı – FOTO

21 İyul 2017 09:48

“Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib

21 İyul 2017 09:47

Cəbhədə vəziyyət gərgin olaraq qalır - Düşmənin növbəti təxribatı...

21 İyul 2017 09:47

Məscidi-Aksada TERROR təhlükəsi - VİDEO

21 İyul 2017 09:43

Ermənilər atəşkəs rejimini 123 dəfə pozub

21 İyul 2017 09:42

Neft ucuzlaşır

21 İyul 2017 09:42

Azərbaycan nefti bahalaşmaqda davam edir

21 İyul 2017 09:42

Müğənni Damla avtomobildə rəqs etdi - VİDEO

21 İyul 2017 09:42

Auditorlar Palatası “KPMG”də keyfiyyətə nəzarət yoxlaması keçirəcək

21 İyul 2017 09:37

"Qalatasaray"ın "Ostersun" faciəsi - VİDEO

21 İyul 2017 09:37

Polşanın xarici işlər naziri Azərbaycana gələcək

21 İyul 2017 09:37

Bu günə olan məzənnə

21 İyul 2017 09:35