Putin Qarabağda Bakıya güzəştə gedəcək – Amerika kəşfiyyatı SİRRİ AÇDI

Putin Qarabağda Bakıya güzəştə gedəcək – Amerika kəşfiyyatı SİRRİ AÇDI
14:43 18 Noyabr 2016
207 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiya Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə bilər”.

Publika.az
xəbər verir ki, bu barədə Amerika kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi yazıb.

Mərkəz qeyd edir ki, buna səbəb Rusiyanın Qərb sanksiyalarına görə qarşılaşdığı ciddi iqtisadi problemlərdir: “Moskva Dağlıq Qarabağ, Cənubi Osetiya, Dnestryanı, o cümlədən mümkündür ki, Ukrayna münaqişələrində taktiki güzəştlərə gedərək, çiyinlərindəki yükü azaltmaq istəyir. Lakin bu, Moskvanın öz siyasətindən tamamilə əl çəkdiyi demək deyil”.

“Stratfor” adıçəkilən münaqişələr haqqında ayrılıqda məlumat verib və qeyd edib ki, Rusiya onlar vasitəsilə təsir imkanlarını saxlayır.

“Dağlıq Qarabağ ərazisində Rusiyanın birbaşa hərbi müdaxiləsi yoxdur, lakin Moskva bunun köməyi ilə Qafqazda üstünlüyünü qoruyur. Ermənistan Kremlin kursunu izləyir, Azərbaycan isə tənzimlənmiş siyasət aparır. Bu münaqişədə olduğu kimi, Dnestyranı, Cənubi Osetiya və Ukrayna münaqişəsində də əsas məqsəd təsir imkanlarını əlində saxlamaqdır”, - deyə məqalədə bildirilir.

Mərkəz hesab edir ki, Qərb və Rusiya arasında qarşıdurma kəskinləşir: “Belə bir məqamda separatist ərazilərin də əhəmiyyəti artır. Rusiya müəyyən mənada separatçılara silahlar çatdırır, lakin diplomatiyanın önə keçməsi ehtimalı yaranıb. Çünki iqtisadi cəhətdən zəifləyib və çiynində əlavə yük daşımaq ona ağırdır. Siyasi və iqtisadi təcridetməni zəiflətmək üçün güzəştlərə gedə bilər. Lakin bu, taktiki güzəştlər olacaq”.

“Stratfor”un da yazdığı kimi, görünür, Rusiya bu münaqişələrin onu çətinə saldığını anlayıb. Bunun fonunda Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan son danışıqlar və Rusiyanın fəallığı diqqət çəkir. Hesab etmək olar ki, Moskva ərazilərin azad olunmasında Bakıya güzəştə gedərək həm bölgənin əlindən çıxmasının qarşısını alacaq, həm də ona qarşı Qərbin təzyiqlərini azaldacaq.


Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR