5 gün əvvəl qətlə yetirilən Bakı sakininin qatilləri tapıldı

5 gün əvvəl qətlə yetirilən Bakı sakininin qatilləri tapıldı
14:47 18 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafada 5 gün əvvəl öldürülən şəxsin qatilləri tapılıb.

Milli.Az DİN-ə istinadən bildirir ki, noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri (küt alətlə yetirilmə xarakterli) olan meyidi Ağstafa şəhər sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobildə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulublar.

Xatırladaq ki, noyabrın 13-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasına üzərində küt alət izləri olan meyit gətirilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyit 1982-ci il təvəllüdlü Tural Hacıyevə məxsusdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR