İlham Əliyev “Rəşid Behbudov” gəmisinin açılışında - fotolar

İlham Əliyev “Rəşid Behbudov” gəmisinin açılışında - fotolar
14:51 18 Noyabr 2016
304 Şou
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Rəşid Behbudov” sürətli sərnişin gəmisinin, “Gəncə” tankerinin və “Qafur Məmmədov” quru yük gəmisinin istismara verilməsi mərasimi olub.

Axşam.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə yeni gəmilər barədə məlumat verib. Dövlət başçısı “Gəncə” tankerinin istismara verilməsini bildirən düyməni basıb.

Daha sonra Prezident burada Rəşid Behbudovun ailə üzvləri, qızı Rəşidə Behbudova görüşərək xatirə şəkli çəkdirib. “Rəşid Behbudov” gəmisinin istismara verilməsini bildirən rəmzi lent kəsilib. Dünya şöhrətli müğənninin nəvəsi Rəşid Behbudov gəminin istismara verilməsini bildirən düyməni basıb.

Görkəmli sənətkar Rəşid Behbudovun ailə üzvlərinə gəminin maketi hədiyyə olunub.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR