Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ali Məhkəmə iki qardaşı öldürən bank əməkdaşının şikayətini rədd etdi

Ali Məhkəmə iki qardaşı öldürən bank əməkdaşının şikayətini rədd etdi

Date: 18 November 2016 14:52

Ali Məhkəmədə iki qardaşı öldürməkdə təqsirli bilinən Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun kassasiya şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Z.Tərlanovun Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdiyi kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, ötən ilin yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Z.Tərlanov yol kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisindəki həmin qəsəbənin sakinləri - 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavid Rəhimova "Vinçester" markalı odlu silahdan bir neçə atəş açıb. Hadisə nəticəsində hər iki şəxs dünyasını dəyişib.

Cinayəti törədən Z.Tərlanov hadisə yerindən qaçıb. O, hadisədən bir gün sonra Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Z.Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavid Rəhimovla münasibətdə olub. Məsələdən xəbər tutan Z.Tərlanov Cavid və qardaşı Cahid Rəhimovları qətlə yetirib. Z.Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən "Bank Standard"ın əməkdaşı olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Z.Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Vəkillər Z.Tərlanova müddətli cəza verilməsini istəyiblər.

Milli.Az


Tags:  Ali Məhkəmə iki qardaşı öldürən bank əməkdaşının şikayətini rədd etdi


RƏYLƏR


Top news