Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Azeri Light-ın hasilatını ötənilki səviyyədə saxlayır

Azərbaycan Azeri Light-ın hasilatını ötənilki səviyyədə saxlayır

Date: 18 November 2016 14:52

Azərbaycan 2016-cı ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 176 milyon barel və ya 24 milyon ton neft hasil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisi ilə eynidir.

Milli.Az bildirir ki, bu barədə Trend "BP Azerbaijan" şirkətinin ilin 3 rübündə fəaliyyətinin yekunu üzrə hesabatda deyilir.

İlin ilk üç rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Doqquz ay ərzində AÇG-dən ümumi hasilat - Çıraq (53 min), Mərkəzi Azəri (149 min), Qərbi Azəri (116 min), Şərqi Azəri (74 min), Dərinsulu Günəşli (127 min) və Qərbi Çıraq (125 min) platformalarından birlikdə - gündə orta hesabla 644 min barel və ya ümumilikdə 176 milyon bareldən artıq, yəni 24 milyon ton təşkil edib.

2016-cı ilin ilk üç rübündə AÇG layihəsinə təqribən 378 milyon dollar əməliyyat məsrəfləri və 1,12 milyard dollar əsaslı məsrəflər xərclənib.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirildi.

Plana əsasən, "Dərinsulu Günəşli" platformasından hasilat sentyabr ayında 11 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

Sentyabrın sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. Bu quyulardan 5-i BP-nin dünyadakı 10 ən məhsuldar quyusu sırasındadır. Bu siyahıda "Şahdəniz"in də 3 hasilat quyusu var.

2016-ci ilin ilk üç rübü ərzində AÇG-də 13 neft hasilat quyusu, 4 suvurma quyusu və 1 qaz injektor quyusu qazılıb.

Milli.Az


Tags:  Azərbaycan Azeri Light-ın hasilatını ötənilki səviyyədə saxlayır


RƏYLƏR


Top news