Dolların təzyiqinə müqavimət göstəmək üçün faiz artımına gediləcək

Dolların təzyiqinə müqavimət göstəmək üçün faiz artımına gediləcək
14:53 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezident seçkisində Donald Trampın qələbə qazanması ən çox dollara düşərli olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ valyutası hər gün yeni rekorda imza atır. Dollar bahalaşmasının bir səbəbi Trampın iqtisadi siyasəti ilə bağlı təlatümlərdirsə, digər səbəbi ABŞ Mərkəz Bankının (FED) rəhbəri Janet Yelləninil faiz artımı ilə bağlı bəyanatlarıdır.

Analitiklər hesab edir ki, inkişaf etməkdə olan ölkələrin mərkəz bankları dolların güclü təzyiqinə müqavimət göstəmək üçün faiz artımına gedəcəklər.

Nəzərə çatdıraq ki, dünən FED sədri Yellənilin bəyanatlarından sonra dollar qlobal səviyyədə güclənməkdə davam etir. Bunun nəticəsində dollar indeksi 2003-cü ildən bu yana ən yüksək səviyyəsinə irəliləyərək 100.5 səviyyəsindəki kritik həddi keçib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/176449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR