Cənubi Qafqaz Boru Kəmərinə 9 ayda 785 mln. dollar xərclənib

Cənubi Qafqaz Boru Kəmərinə 9 ayda 785 mln. dollar xərclənib
14:57 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü təqribən 20 mln. kubmetr qaz olub. “Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında qeyd olunub.
Bu ilin ilk 9 ayında boru kəmərinin gündəlik orta ötürücülüyü ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% çox olub.
Qeyd olunub ki, hesabat dövründə boru kəməri ilə bağlı fəaliyyətlərə təqribən 21 mln. dollar (34% az) əməliyyat xərcləri və 764 mln.dollar (8,5% az) əsaslı xərclər sərf edilib.
Boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.
CQBK-nin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/cenubi-qafqaz-boru-kemerine-9-ayda-785-mln-dollar-xerclenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR