Bəzi fəhlələr vəsiqə almalı olacaqlar

Bəzi fəhlələr vəsiqə almalı olacaqlar
15:05 18 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nı təsdiq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.
 
Hündürlükdə görülən işlərə işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu, işçinin üfqi səthə nisbətən mailliyi 75 dərəcədən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən, hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən, su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mümkünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər aiddir. İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək üçün körpülər, teleskopik qüllələr, inşaat nənniləri, nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasara alınmış meydançalarda yerinə yetirilən, 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə bölünür. Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar. Hündürlükdə işləri yerinə yetirən işçilər icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır. Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İşçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra hündürlükdə işlərə buraxılırlar. Ayaqaltı vasitələri tətbiq olunmaqla, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasarlı meydançalarda işləri yerinə yetirən, hündürlükdə işlərin təhlükəsiz görülməsi üzrə tələbləri mənimsəmiş, bu sahədə bilik və vərdişlərin yoxlanılmasından müvəffəqiyyətlə keçmiş işçilərə hündürlükdə işləməyə buraxılmaq üçün vəsiqə verilir. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, işləməyə icazə verən naryad-buraxılış vərəqi  verilir.
 
Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri surətdə öyrədilməsi imtahanla yekunlaşır. İmtahan hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsini həyata keçirən təşkilat rəhbərinin əmri ilə yaradılan attestasiya komissiyaları tərəfindən keçirilir. Attestasiya komissiyalarının tərkibi müvafiq hazırlıq və attestasiya keçmiş müəllimlərdən və mütəxəssislərdən təşkil edilir. İmtahandan müvəffəqiyyətlə keçən işçilərə hündürlükdə işlərin yerinə yetirilməsinə buraxılış vəsiqəsi verilir. Kanatla çıxış sistemləri tətbiq olunmaqla hündürlükdə işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin şəxsi uçot kitabçası verilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra işəgötürən işçilərin təcrübə keçməsini təmin edir. Təcrübə müddəti onun məzmunundan asılı olaraq işəgötürən (onun müvəkkil etdiyi şəxs) tərəfindən müəyyən edilir və iki iş günündən (növbəsindən) az olmayaraq müəyyən edilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanması ildə 1 dəfədən az olmayaraq keçirilir.
 
Açıq yerlərdə hava axınının (küləyin) sürəti 15 m/san və daha çox olduqda, iş cəbhəsi hüdudlarında görünməni istisna edən tufan və ya duman olduğu halda, eləcə də konstruksiyalar buz bağladıqda və avadanlığın, mühəndis konstruksiyalarının xətlərində (o cümlədən elektrikötürücü xətlərin dayaqlarında), ağaclarda buz təbəqəsinin qalınlığı artdıqda, konstruksiyaların küləktutan səthlərinin quraşdırılması (sökülməsi) zamanı küləyin sürəti 10 m/san və daha çox olduqda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmir.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ermənistandakı seçki saxtakarlıqları İFŞA EDİLDİ

29 Mart 2017 17:47

Xocalı soyqırımı ilə bağlı RF Dövlət Dumasına ünvanlanmış petisiyaya siz də QOŞULUN

29 Mart 2017 17:47

Bahar Muradova: "Beynəlxalq təşkilatlar yekdil mövqe nümayiş etdirməlidir"

29 Mart 2017 17:47

Fransua Fillonun yoldaşı Fenelope rəsmi olaraq

29 Mart 2017 17:45

Beynimizə istədiyimiz məlumatı yükləmək mümkün olacaq

29 Mart 2017 17:44

"Azərbaycanlı futbolçular ilinə 600-700 min avro qazanırlar"

29 Mart 2017 17:42

Türkiyə məşhur terrorçunu tutdu - FOTO

29 Mart 2017 17:42

- Bu axşamdan Bakıda bəzi yollar bağlanacaq

29 Mart 2017 17:41

"Minlərlə insanın əmanətini niyə 1 ildən çox həbs altında saxlamalıyıq?" - SƏDR

29 Mart 2017 17:39

Britaniya nəşri: "Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək lazımdır"

29 Mart 2017 17:37

​“Xoşbəxt olsun bəylə gəlin”, “Qudam, ay qudam...”

29 Mart 2017 17:37

Dünyada hər beşinci mobil telefon saxtadır

29 Mart 2017 17:35

"Sərnişindaşıma sistemində çətinliklər var" - Baş direktor

29 Mart 2017 17:34

Amil Xəlildən Nəsib bəy və Yusif bəy haqqında eksklüziv ARAŞDIRMA

29 Mart 2017 17:33

Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe

29 Mart 2017 17:32

Bakıda avtobusda 20 yaşlı qıza qarşı CİNAYƏT

29 Mart 2017 17:29

Rusiya ordusunun sayı 1,9 milyon nəfərə çatdırılıdı

29 Mart 2017 17:29

"Neftçi" - "Qarabağ" matçını kim idarə edəcək?

29 Mart 2017 17:27

"Barselona"da Arda Turan şoku

29 Mart 2017 17:27

Səfirlikdən iranlı musiqiçinin Dağlıq Qarabağda verdiyi konsertə MÜNASİBƏT

29 Mart 2017 17:24

Rusiyanın Avropa Məhkəməsindəki nümayəndəsi vəzifəsindən azad edildi

29 Mart 2017 17:22

Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: "Utanıb, xəcalət çəksin"

29 Mart 2017 17:17

Dolların sabaha olan MƏZƏNNƏSİ

29 Mart 2017 17:14

Fransanın nüfuzlu qəzeti Ermənistanı ifşa etdi

29 Mart 2017 17:13

Manatın sabaha MƏZƏNNƏSİ

29 Mart 2017 17:12

"Ciddi tədbirlər görüləcək" - Bakı Nəqliyyat Agentliyi

29 Mart 2017 17:12

Manatın sabaha olan məzənnəsi açıqlandı

29 Mart 2017 17:11

Şəkili polisin rəisi ilə söhbəti izlənmə rekordu qırır - Cinayətkarı belə yaxaladı - VİDEO

29 Mart 2017 17:08

Ginnesin Rekordlar Kitabına düşən əsgər öldü: Ordu Sarkisyana qarşı etiraza qalxdı

29 Mart 2017 17:08

Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi - FOTO

29 Mart 2017 17:05

Qafqaz Müsəlmanları İdarəsindən dünya ictimaiyyətinə MÜRACİƏT

29 Mart 2017 17:05

DİQQƏT: bu müğənnilər virus daşıyıcılarıdır

29 Mart 2017 17:01

Bu axşam bəzi yollarda hərəkət məhdudlaşır

29 Mart 2017 16:58

Vahid taksi sistemi yaradıla bilər - TƏKLİF

29 Mart 2017 16:57

31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

29 Mart 2017 16:57

"Novruz festivalına bəzi günlərdə 50-60 min nəfər insan qatılıb"

29 Mart 2017 16:57

Livanın 82 yaşlı prezidenti yerə yapışdı - VİDEO

29 Mart 2017 16:53

Türkiyədəki qiyamın təşkilatçısı ABŞ konsulluğu ilə təmasda olub

29 Mart 2017 16:52

Bakı metrosunda bədbəxt hadisə

29 Mart 2017 16:51

Gec ana olmağın FAYDALARI

29 Mart 2017 16:48

Türkiyədə terror XƏBƏRDARLIĞI

29 Mart 2017 16:47

Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı

29 Mart 2017 16:47

Çoxmərtəbəli binada yanğın

29 Mart 2017 16:44

Nigar Camalın Londondakı evi - VİDEO

29 Mart 2017 16:42

Kişi və qızlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI

29 Mart 2017 16:38

Bu gündən Bakıda "Oyunlar zolağı"nın çəkilişinə başlanılır - Yollar bağlanacaq

29 Mart 2017 16:37

Bakı Ali Neft Məktəbində “Elektron hökumət” mövzusunda seminar keçirilib

29 Mart 2017 16:35

Bu axşam “Oyunlar zolağı”nın çəkilişinə başlanılır - Sürücülər, diqqət!

29 Mart 2017 16:34

General yol polisinin rəisi vəzifəsindən AZAD EDİLDİ - FƏRMAN

29 Mart 2017 16:33

Ermənilər üç azərbaycanlını avtomobildə yandırdı - Sən demə, arvadının oynaşı... DƏHŞƏTLİ FAKT

29 Mart 2017 16:33