Manaf: "Necə kişi olduğumu Samirə qəşəng bilir, gəlsin…" - QALMAQAL

Manaf: "Necə kişi olduğumu Samirə qəşəng bilir, gəlsin…" - QALMAQAL
15:12 18 Noyabr 2016
511 Şou
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Samirə Yusifqızının müğənni Manaf Ağayev haqqında söylədiyi fikirlər şou aləminin gündəminə bomba kimi düşüb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən Manaf Ağayev eşitdiklərindən şok olub:

"Nə? Nə deyib? Samirə mənim barəmdə həyatı boyu belə söz deyə bilməz. Deyibsə, ayıb olsun ona. Mən saçıma rəng qoyuram, bunu gizlətmirəm də. Efirdə də demişəm ki, saçım tam ağarmayıb, amma rəng qoyuram. Qaldı ki, botoks söhbətinə, o, deyəsən, çaşıb. Mənim necə kişi olduğumu Samirə qəşəng bilir. Elə belə də yaz. Gəlsin yoxlasın sifətimi, görsün özümündür, yoxsa, botoksdur? Mən özünü tanıyan kişilərdənəm e, o, deyəsən, qarışdırır".

Qeyd edək ki, meyxanaçı Samirə simsar.az saytına müsahibəsində belə deyib. Eyni zamanda, M.Ağayevin telefonunda olan keçmiş fotosunu göstərib:
"Bu sənət cavanlığı sevir. Baxın, 1997-ci il Manaf Ağayevin saçı ağappaqdır. Nəinki saçını rəngləyir, botoksu, mezosu da var. Şəkillərinə baxın da".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/490685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR