UEFA futbolçunu 2 illik diskvalifikasiya edib

UEFA futbolçunu 2 illik diskvalifikasiya edib
15:12 18 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ UEFA Finlandiya yığmasının və Rusiyanın MOİK klubunun futbolçusu Roman Yeremenkonu 2 illik diskvalifikasiya edib.
"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, dopinq testi zamanı futbolçunun orqanizmində kokain metabolitləri aşkarlanıb.
Finlandiya mətbuatı yarımmüdafiəçinin sentyabrda Çempionlar Liqasının qrup matçı ərəfəsində dopinq-tesdə ilişdiyini yazıb.
Qeyd edək ki, futbolçunun dopinqdən istifadəsi şübhələri yarandığından UEFA onu oktyabrın 7-dən bir ay müddətinə yarışlardan kənarlaşdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-futbolcunu-2-illik-diskvalifikasiya-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR