İpoteka almaq istəyənlər üçün YENİLİK

İpoteka almaq istəyənlər üçün YENİLİK
15:13 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

İpoteka krediti ilə ev almaq asanlaşır (20 İyun 2017 21:55)
İpoteka krediti ilə ev almaq asanlaşır - VİDEO (20 İyun 2017 21:22)
AİF-in “Elektron ipoteka” sistemi ilə bağlı keçirdiyi tenderin qalibi açıqlanıb (19 İyun 2017 09:42)

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nı təsdiqləyib.

Publika.az xəbər verir ki, Qayda fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir. Aylıq məcmu gəlir borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aylıq dövr ərzində sabit və sənədlə təsdiq olunan bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusudur. Borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Borcalanın (borcalanların) aylıq məcmu gəliri hesablanarkən nəzərə alınan gəlir mənbələri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə və alınmış cari transfertlərə bölünür. Gəlir hesablanarkən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar), Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla), istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənişlər nəzərə alınır.

Hesablama zamanı nəzərə alınan muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Vergi Məcəlləsinə əsasən, müəyyənləşir. Bu zaman borcalan (borcalanlar) ən azı son 24 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə ortaaylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 40 faizindən çox ola bilməz.

Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə faiz gəliri, dividend, qiymətli kağızlardan əldə olunan gəlirlər, əmlakın icarəyə verilməsindən gəlir və royalti aiddir. Borcalanın (borcalanların) aldığı cari transfertlərə əmək pensiyaları, sosial müavinətlər (birdəfəlik müavinətlər istisna olmaqla), təqaüdlər, sığorta ödənişləri, maddi yardımlar (birdəfəlik maddi yardımlar istisna olmaqla) və aliment aiddir. Gəlirlərin hesablanması zamanı borcalanın gəlirləri ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi üçün tələb olunan aylıq gəlirin ən çoxu 50 faizi həcmində nəzərə alınır. Borcalanın (borcalanların) xarici valyuta ilə əldə olunan gəliri bu gəlirin əldə edildiyi tarixdə Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır. Borcalanın (borcalanların) gəlirləri həm də vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya, müavinət, təqaüd isə hesablandığı dövrün gəlirində nəzərə alınır. Faktiki ödənilən alimentlər borcalanın (borcalanların) məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə borcalanın (borcalanların) məcmu gəlirində nəzərə alınır. Borcalanın (borcalanların) orta aylıq gəliri müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Borcalanın (borcalanların) ortaaylıq gəliri hesablanarkən vergi, sosial sığorta haqları və digər məcburi dövlət ödənişləri borcalanın (borcalanların) gəlirindən çıxılır.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tünzalə və Səbinə dünya ulduzunun konsertində - FOTO

26 İyun 2017 15:17

İsrail elektrik təyyarələrinin istehsalına başlayır

26 İyun 2017 15:15

Polisin qıza qarşı bu hərəkəti HAMINI ŞOKA SALDI - DƏHŞƏTLİ FOTO/VİDEO

26 İyun 2017 15:13

​Pulu düzgün xərcləməyi

26 İyun 2017 15:10

"Şəbnəm" Qızlar İslam Kollecindən

26 İyun 2017 15:07

Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var

26 İyun 2017 15:05

“www.esgeremektub.com” məktubları әsgәrlәrә çatdırdı

26 İyun 2017 15:04

DƏHŞƏT: 60 yaşlı kişi 9 yaşlı uşağı ZORLADI

26 İyun 2017 14:58

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 14:58

Hərbi qulluqçuların Şəkiyə gəzintisi təşkil edilib

26 İyun 2017 14:57

"Sonata" ilə "07" toqquşdu: 17 yaşlı sürücü öldü

26 İyun 2017 14:52

Ağdaşda 17 yaşlı sürücü DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: 4 nəfər...

26 İyun 2017 14:48

Rusiya bu ölkəyə 10 qırıcı göndərir

26 İyun 2017 14:47

Tovuzda qatar adam vurub

26 İyun 2017 14:44

Pərvin Abıyevanın bu VİDEOSU hər kəsi güldürdü

26 İyun 2017 14:38

"Zirə" - "Differdanj" oyunu canlı yayımda

26 İyun 2017 14:37

"İbrahim Şehiç Türkiyə klubuna getmədi"

26 İyun 2017 14:37

"Məktəbdə nəvələrimi lağa qoyub, analarının əxlaqsız..." - Dəhşətli namus cinayəti...

26 İyun 2017 14:27

"Ginnesin rekordlar kitabı"na düşən azərbaycanlı: "Riski çoxdur"

26 İyun 2017 14:24

Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

26 İyun 2017 14:22

ABŞ-dan ərəb ölkələrinin Qətərə qarşı addımlarına reaksiya

26 İyun 2017 14:18

Ruslar Stalini tarixin ən dahi şəxsi seçdilər

26 İyun 2017 14:17

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri

26 İyun 2017 14:17

"Eintracht"ın məşqçisi Renatın Azərbaycanı seçməsi barədə danışdı

26 İyun 2017 14:12

Bu ilin yayına ağ rəng hakimlik edəcək

26 İyun 2017 14:06

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi - FOTO

26 İyun 2017 14:03

Ağdaşda yol qəzası baş verib, xəsarət alanlar var

26 İyun 2017 14:02

Azərbaycan Ukraynadan süd məhsulları alır

26 İyun 2017 13:57

Piratlar tankerdən 1,5 milyon litr yanacaq oğurladılar

26 İyun 2017 13:57

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26 İyun 2017 13:55

Azərbaycan yığmasının oyunçusu Avropa Liqasında 3-cü pillədə

26 İyun 2017 13:47

Türkiyədə PKK terrorçuları ilə atışmada bir hərbçi şəhid olub, biri yaralanıb

26 İyun 2017 13:47

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26 İyun 2017 13:46

Xalq artisti Qəndab Quliyeva vəfat edib

26 İyun 2017 13:42

Pələngdən qadına qarşı İNANILMAZ HƏRƏKƏT - Anbaan VİDEO

26 İyun 2017 13:38

Qənirə Paşayeva Malavinin sabiq prezidenti ilə görüşüb (FOTO)

26 İyun 2017 13:29

İstirahət günü yol qəzaları

26 İyun 2017 13:28

Türkan Şorayın SARAY kimi evi - FOTO

26 İyun 2017 13:23

Səmərqənddə tanınmış azərbaycanlı heykəltəraşın barelyefi açılıb

26 İyun 2017 13:22

"Mladost" - "İnter" matçının hakimləri müəyyənləşib

26 İyun 2017 13:22

Belarus Rusiyadan "İsgəndər" ala bilər

26 İyun 2017 13:22

Avtovağzalda RƏZALƏT: pul üçün min oyundan ÇIXDILAR - REPORTAJ/FOTO

26 İyun 2017 13:13

KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq

26 İyun 2017 13:12

Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü

26 İyun 2017 13:12

Sabah 38 dərəcə isti olacaq

26 İyun 2017 13:11

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26 İyun 2017 13:07

Premyer Liqada böyük transfer: Ver Serxionu, al Aleksi

26 İyun 2017 13:07

Millimizin futbolçusunun baş məşqçisi erməni oldu

26 İyun 2017 13:05

Tramp 20 illik Ramazan ənənəsini pozdu

26 İyun 2017 13:05

Havalar kəskin isinir

26 İyun 2017 13:04