"Barselona"ya növbəti rədd cavabı

"Barselona"ya növbəti rədd cavabı
15:17 18 Noyabr 2016
102 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi "Barselona"nın futbolçusu Lionel Messi ilə bağlı apellyasiya şikayətini növbəti dəfə rədd edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçunun sarı vərəqəsinin ləğv edilməsi ilə bağlı müraciətinə müsbət cavab verilməyib.

Qeyd edək ki, L.Messi "Sevilya"la ilə görüşün 83-cü dəqiqəsində butsu çıxdığı üçün onu yenidən geyinib. Matçın hakimi həmin müddət argentinalı hücumçunun ləng hərəkət edərək vaxtı uzatmağa çalışdığını düşünərək ona sarı vərəqə göstərib.

Xatırladaq ki, "Barselona"nın sözügedən cəzanın ləğvi ilə bağlı bundan əvvəlki müraciəti də rədd edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR