Fərəhin anası fəryad etdi: "Yanıram..." - FOTO

Fərəhin anası fəryad etdi: "Yanıram..." - FOTO
15:17 18 Noyabr 2016
1359 Ölkə
Ölkə mətbuatı
A- A+

"Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı". 

Milli.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında Səbail rayon 6 nömrəli tam orta məktəbin direktor müavini Arzu Vəliyeva 12 yaşlı Fərəh Yaqubovanın ölümünə aydınlıq gətirərkən bildirib. A.Vəliyevanın sözlərinə görə, həyata inamı böyük olan bir şagirdin intiharından belə söhbət gedə bilməz:

"Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı. Heç bir halda mən buna inanmıram. Bütün uşaqlar şokdadırlar. Uşaqların bu ölümə inanmaqları gəlmir. Anlaya bilmirik ki, bu necə baş verib. Fərəhin məktəbdə davranışında heç bir qüsur yox idi. Onun simasında həyata gözəl ümid və baxış vardı". 

Məktəb rəsmisinin fikrincə, F.Yaqubova məktəbdə təhsil alan şagirdlərin heç birindən geri qalmırdı: 
"Biz Fərəhi tanıyırıq. Hamı onu çox istəyirdi. Onun ölümünə don geyindirmək olmaz, axı o biri şagirdlər də yazıqdır. O, körpə, mələk idi. Bizim məktəbdə atasız uşaqlar təhsil ala bilməzlər?"

A.Vəliyeva bir balası əlindən gedən ananın vəziyyətinin çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, Fərəhin anası Şahnaz Əliyeva sosial şəbəkədə övladının vaxtsız ölümü ilə bağlı fəryad edib. 

Noyabrın 16-da Səbail rayon 6 nömrəli tam orta məktəbin şagirdi 12 yaşlı Fərəh Yaqubova Badamdar qəsəbəsində yerləşən evində nənəsinin dərmanlarını içdikdən sonra dünyasını dəyişib. 

Fərəh Yaqubova tanınmış şair Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR